Zəngilanı Naxçıvanla ayıran cəmi 40 kilometrlik Zəngəzur dəhlizidir

0
1692

Ölkəmizin şanlı qələbəsinin Avrasiyanın geoiqtisadi xəritəsində yaratdığı yeni  imkanlar beynəlxalq nəqliyyat sisteminin bütövlükdə yenidən formalaşdırılması reallığını yaradıb. Artıq bir çox Asiya ölkələri bu yeni imkanların fərqindədir. Xüsusilə, Mərkəzi Asiya ölkələrinin yeni bazarlara çıxışında Zəngəzur dəhlizinin iqtisadi önəmi vurğulanmalıdır. Regionda digər həyata keçirilməsi nəzərdə tutulan layihələri dəyərləndirdikdə Zəngəzur dəhlizi region ölkələrinə daha ucuz alternativ olaraq çıxış edir. Belə qənaətə gəlmək olar ki, Zəngəzur dəhlizinin Asiya və Avropanın nəqliyyat infrastrukturunda xüsusi önəmə malik olacaq. Azərbaycan bu günə qədər Şərq-Qərb, Şimal-Cənub, Şimal-Qərb nəqliyyat dəhlizləri kimi regional kommunikasiya layihələrinin icrasında çox fəal rol oynayıb, ölkəmizin təşəbbüsü ilə əhəmiyyətli addımlar atılıb. İndi ölkəmizin təşəbbüsü ilə yeni yaranan təhlükəsizlik mühiti regional və qlobal güc mərkəzlərinin ortaq maraqları əsasında səmərəli əməkdaşlığı üçün geniş imkanlar açır. Azərbaycanın bu gün regionda və dünyada  möhkəmlənən mövqeyi göz önündədir. Zəfərimizin açdığı yeni imkanlar region və dünya dövlətləri ilə yeni əməkdaşlığa, sülhün, təhlükəsizliyin möhkəmləndirilməsinə xidmət edir. Ölkəmizin maliyyə imkanları, iqtisadi potensialı, hərbi gücü Azərbaycanın beynəlxalq münasibətlər sistemində öz prinsipial mövqeyi ilə seçilən  yüksək nüfuza malik ölkəyə çevrildi. Zəngəzur dəhlizinin açılması ölkə iqtisadiyyatı və Azərbaycanın regionda söz sahibi olması üçün çox münbit şərait yaradacaq. Zəngəzurdan keçən nəqliyyat, kommunikasiya, infrastruktur layihələri bütün türk dünyasını birləşdirəcək, inkişafa yeni nəfəs verəcək. Tarixi Qələbəmiz bir daha sübut etdi ki, Ümummilli lider Heydər Əliyev siyasətini bütün istiqamətlərdə uğurla davam etdirən Prezident cənab İlham Əliyevin müstəqil və milli maraqlara əsaslanan siyasəti sayəsində Azərbaycanı güclü dövlətə, regionun siyasi, iqtisadi və humanitar mərkəzinə çevrildi.

 

Zərdab rayon Gənclər və İdman idarəsinin əməkdaşı – Məleykə Hümbətova