Zəlzələ Meksikada 305 can aldı

0
503

Meksikada zəlzələ nəticəsində ölənlərin sayı 305 nəfərə çatıb.

 

APA-nın “RİA Novosti” agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə Meksika FHN rəhbəri Luis Felipe Puente bildirib. Ən çox – 167 ölüm halı Mexiko şəhərində qeydə alınıb.

 

Təbii fəlakət həmçinin Oaxaka, Puebla, Qerrero, Mexiko və Morelos ştatlarında da qurbanlara səbəb olub.

 

Sentyabrın 19-da Meksikada 7,1 bal gücündə zəlzələ olub. Yeraltı təkanların episentri ölkənin cənubunda yerləşib. Zəlzələ nəticəsində paytaxt Mexikoda 44 ev dağılıb.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here

15 − eight =