Zəlimxan üçün çox darıxıram… – Musa Yaqub

0
666

11

İndi Bakıdayam, qəzetlərdə şeirlərim çap edilib, onlarla məşğulam.

Bu sözləri şair Musa Yaqub yaradıcılığı ilə bağlı Axar.az-a danışarkən deyib. O, Zəlimxan üçün çox darıxdığını bildirib:

“Qışda İsmayıllıya gedə bilmirəm, şərait, imkan yoxdur ki, qışda da orada qalım. Rəhmətlik dostum Zəlimxan üçün darıxıram… Həmişə bu vaxtlar gözləyərdik ki, yay gəlsin, o getsin İsmayıllının Basqal kəndinə, mən də Buynuza, orada görüşüb söhbətləşək. Amma bu il mən tək gedəsi oldum…”

Qeyd edək ki, xalq şairi Zəlimxan Yaqub 2016-cı il yanvarın 9-da uzun sürən xəstəlikdən sonra vəfat edib.

BIR CAVAB BURAXIN