“Zəfərə aparan vətənpərvərlik” layihəsi çərçivəsində gənclərin Azərbaycan Hərb Tarix Muzeyinə və Heydər Əliyev adına Ali Hərbi İnstituta səfəri təşkil olunub

0
963

“Zəfərə aparan vətənpərvərlik” layihəsi çərçivəsində gənclərin Azərbaycan Hərb Tarix Muzeyinə və Heydər Əliyev adına Ali Hərbi İnstituta səfəri təşkil olunub.

Qanunla.Az xəbər verir ki, “Gəncliyə Dəstək” İctimai Birliyinin Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin dəstəyi ilə icra etdiyi “Zəfərə aparan vətənpərvərlik” layihəsi çərçivəsində 15 nəfər gəncin Azərbaycan Hərb Tarix Muzeyinə və Heydər Əliyev adına Ali Hərbi İnstituta səfəri təşkil olunub

İlk öncə Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin nəzdində yaradılmış Azərbaycan Hərb Tarix Muzeyinə ekskursiya edən gənclər Azərbaycanın Hərb Tarixi və hərbi texnikalarla tanış olublar.

Sonra gənclər Heydər Əliyev adına Ali Hərbi Məktəbə ekskursiya edərək, oradakı təhsil sistemi ilə yaxından tanış olublar. Hərbçilərimizin yediyi yemək menyusu ilə tanış olub, nahar ediblər. Eyni zamanda gənclər tədris-təlim prosesində istifadə olunan maddi texniki baza ilə yaxından tanış olublar.

İnstitutun rektorunun birinci müavini, Vətən Müharibəsi Qəhrəmanı Nizami Mövlanov çox səmimi münasibət göstərmiş, eyni zamanda gənclərə hədiyyələr təqdim etmişdir.

Gənclər Heydər Əliyev adına Ali Hərbi İnstitutda Şəhid Ruslan Cəfərovun xatirəsinə həsr olunmuş tədbirdə iştirak ediblər.

Ümumilikdə, ekskursiyada iştirak edən gənclər çox xoş hislər keçirmiş, xüsusən xalqımızı zəfərə aparan gənc əsgərlərimizin vətənpərvərliyinin şahidi olublar.

Tədbirin təşkilində xüsusi təşkilatçılığına görə Zərdab şəhər 1 saylı məktəbin Hərbi Rəhbəri Rüfət Cəfərova, Heydər Əliyev adına Ali Hərbi İnstitutun və Azərbaycan Hərb Tarix Muzeyin rəhbərliyinə öz təşəkkürümüzü bildiririk.

Layihəni dəstəklədiyi üçün Azərbaycan Gənclər və İdman Nazirliyinə minnətdarıq!

Layihənin məqsədi qələbənin təbliği, gənclər arasında vətənpərvərlik tərbiyəsinin möhkəmləndirilməsi, onlarda qələbə tarixinin unudulmazlığının təmin olunması, gənclərə zəfərə aparan vətənpərvərliyi çatdırmaqdır.

“Gəncliyə dəstək” İctimai Birliyinin sədri – Vəfa Xəlilli

image-dscn8147image-dscn8123image-dscn8072image-dscn8010image-dscn8017image-dscn8025image-dscn8010image-dscn8051image-dscn8185image-dscn8065