“Yuventus” Dibalaya 100 milyon avro qiymət qoyub

0
284
TURIN, ITALY - SEPTEMBER 26: Paulo Dybala of Juventus FC celebrates after scoring the opening goal during the Serie A match between Juventus and Bologna FC at Allianz Stadium on September 26, 2018 in Turin, Italy. (Photo by Emilio Andreoli/Getty Images)
Turinin “Yuventus” futbol klubunun hücumçusu  Paolo Dibalaya birdən-birə dünyanın üç ən güclü klubu, “Bavariya”, PSJ və “Manşester Siti” elçi düşüb.
Arazinfo.com-un football.kulichki-yə istinadən verdiyi xəbərə görə, “Yuventus” klubu isə Dibalanın transferinin yalnız futbol mövsümünün sonunda, yayda baş tuta biləcəyini bildirib. Məsələ ilə bağlı İtaliyanın “Tuttosport” qəzetinin yazdığına görə, turinlilər Dibalanı ən azı 100 milyon avroya sata biləcəklərini bəyan ediblər. Dibalanın ona elçi düşən “Bavariya”, PSJ və “Manşester Siti”dən hansını seçəcəyi isə hələlik məlum deyil.