Yurgen Klopp: “Vest Hem”in qapısına oyundankənar vəziyyətdən qol vurmuşuq

0
383
“Liverpul” komandasının baş məşqçisi Yurgen Klopp etiraf edib ki, komandasının oyunçusu Manenin  meydan sahiblərinin qapısına vurduğu qol zamanı oyundankənar vəziyyət var idi.
Arazinfo.com-un  sports.ru-ya istinadən verdiyi xəbərə görə, Klopp deyib ki, bütün hallarda heç-heçə ilə başa çatan oyunda tərəflərin hərəsi bir xal qazanmağa layiq idilər: “Oyun bizim üçün çətin alındı. Rəqib qapısına vurduğumuuz qol zamanı oyundankənar vəziyyət var idi. Ola bilsin ki, hakim bundan fasilə zamanı xəbər tutub. “Vest Hem” güclü müdafiə olunurdu və biz bunu da onlardan gözləyirdik. Amma ədalət naminə deyim ki, bu oyunda biz bir xala da layiq idik. Komandamızda adətən yüksəliş də, eniş də olub və bundan qaçmaq olmaz. Ancaq biz həmişə qalxmağı bacarmışıq. Biz gərək öz üzərimizdə daha çox işləyək”.