Yunan-Roma güləşində parter qaydası ləğv olundu

0
740

Yunan-Roma güləşi üzrə bütün yaş qrupları üzrə yarışlarda parter qaydası ləğv edilib. Dünya Güləş Birliyi yeniyetmə və gənclər arasında yarışlarda ləğv olunmuş qaydanı böyüklərə də şamil edib.

Artıq passiv güləşməyə görə parter tətbiqi qaydası ləğv edilib. Əvəzində həmin güləşçiyə ilk dəfə şifahi xəbərdarlıq ediləcək və bu, protokolda əksini tapacaq. Eyni güləşçi yenə də passivlik nümayiş etdirərsə, ona rəsmi xəbərdarlıq ediləcək. Güləşçiyə üçüncü dəfə passivliyə görə xəbərdarlıq edilsə, ikinci rəsmi xəbərdarlıq alacaq və rəqibin hesabına 1 xal əlavə ediləcək. Bundan sonra baş verəcək hər ikinci xəbərdarlıq rəqibə 1 texniki xalın verilməsi ilə nəticələnəcək.

Passivliyə görə edilən xəbərdarlıq səbəbindən və rəqibə xal verildiyi üçün görüş dayandırılmayacaq.

BIR CAVAB BURAXIN