Yevlaxda 10 yaşlı uşaq araqdan zəhərlənib

0
387
 

Yevlaxda 10 yaşlı uşağın zəhərlənməsi ilə nəticələnən zəhərlənmə hadisəsi baş verib.

“Report” xəbər verir ki, rayonun Tanrıqullar kəndindində keçirilən şənlik mərasimi zamanı 2007-ci il təvəllüdlü Həsənov Sadiq Vasif oğlu doğmalarının əyləncə mənbəyinə çevrilib.

Şahidlərin etirafına görə, yaxınları uşağa əldə düzəldilmiş təqribən 12 qədəh araq içirdiblər. Halsız və huşsuz vəziyyətə düşən Sadiq Həsənov təcili xəstəxanaya çatdırılıb. Burada uşağın normadan artıq qəbul edilmiş keyfiyyətsiz spirtli içkidən zəhərləndiyi öz təsdiqini tapıb. Dərhal nəzarət altına götürülən zəhərlənmiş uşağa tibbi yardım göstərilib.

Baş vermiş hadisə ilə bağlı hüquq-mühafizə orqanlarına məlumat verilib.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here

2 + 18 =