Yevlax sakinləri qaz təsərrüfatına dair üzləşdikləri çətinliklərdən söz açıblar-FOTO

0
1019

Yevlax sakinləri qaz təsərrüfatına dair üzləşdikləri çətinliklərdən söz açıblar.

“SOCAR “Azəriqaz” İstehsalat Birliyi tərəfindən həyata keçirilən “Açıq mikrofon” aksiyasının məqsədi vətəndaşların qaz təsərrüfatına dair üzləşdikləri çətinlikləri dinləmək və mövcud problemlərin həllinə dəstək olmaqdan ibarətdir. Xahiş edirik öz problemlərinizi açıq şəkildə səsləndirin.”

Qanunla.Az xəbər verir ki, bu sözləri Birliyin Tərtər Regional qaz istismarı İdarəsinin rəisi Azay Muxtarov Yevlax rayonunda keçirilən “Açıq mikrofon” aksiyasında bildirib. Görüşdə ünvanlanan müraciətlərin əksəriyyəti sonradan ödənişli (mexaniki tipli) sayğacın əvvəlcədən ödənişli (smart-kart tipli) sayğacla əvəzlənməsi ilə bağlı olub. Abonentlər bununla da istehlak etdikləri təbii qaza görə yaranan debitor borcu hissə-hissə ödəmək istədiklərini bildiriblər. Aksiyaya rayonun Aran qəsəbəsindən üz tutan sakinlər qəsəbədə qazlaşdırılmayan 11 fərdi yaşayış evinin təbii qazla təmin olunmasını xahiş ediblər. Daxil olan bütün müraciətlər qeydiyyata alınaraq nəzarətə götürülüb.

image-img-20221005-wa0032 image-img-20221005-wa0033 image-img-20221005-wa0035 image-img-20221005-wa0034 image-img-20221005-wa0036