Yerli benzinin bahalaşmasına zəmin yaradılır’

0
660

Qubad İbadoğlu

Qubad İbadoğlu

«İdxal olunan benzinin qiymətini artırmaqla, yerli istehsalın bahalaşmasına zəmin yaradılır».

İqtisadçı Qubad İbadoğlu ötən gecə idxal edilən benzin növlərinin qiymətinin artırılması barədə şərhində belə yazıb.

İqtisadçı diqqəti idxal olunan benzinlə yerli benzinin qiymətləri arasında ciddi fərqin yaranmasına çəkib: «Bahalaşmadan sonra Azərbaycana idxal olunan «Premium» markalı benzin 1 manat 15 qəpik, «Super» markalı benzin isə 1 manat 20 qəpik olub. Axırıncı artımdan sonra idxal olunan benzinin 1 litrinin pərakəndə satış qiyməti ilə yerli istehsal arasında fərq xeyli çoxalıb. «Super» markalı idxal benzinin qiyməti yerli istehsal olan dizel yanacağının qiymətindən 2 dəfə, A-92 markalı benzinin qiymətindən isə 1.71 dəfə yüksəkdir. Eyni zamanda manatın ucuzlaşması davam etdikcə, bu fərq daha da yüksələcək».

Ekspertin fikrincə, bu amil yaxın zamanlarda inhisarçı şirkətin istehsal etdiyi məhsulun qiymətinin artırılması məqsədilə Tarif Şurasına müraciətə yeni əsaslar yaradacaq.

Yanvarın 31-dən fevralın 1-nə keçən gecə Azərbaycana idxal olunan benzinin qiymətində artım baş verib. «AI-95 Premium» markalı benzinin yeni qiyməti 1.15 AZN, «AI-98 Super» markalı benzinin isə 1.20 AZN müəyyənləşib.

BIR CAVAB BURAXIN