Yerevanda ABŞ-ın Moskvaya qarşı yeni sanksiyalarına sevindilər

0
481
 

ABŞ-ın Rusiyaya yeni iqtisadi sanksiyalar tətbiq eməsindən əndişələnmək lazım deyil. Onlar Ermənistanın maraqlarına uyğundur.

Virtualaz.org bildirir ki, bunu tert.am-a açıqlamasında politoloq Levon Şirinyan deyib.

Politoloqun sözlərinə görə, ABŞ sanksiyalar vasitəsi ilə Rusiyanın iştahasının qabağını alır.

“Rusiyanın iştahası artıb, o Donetski, Ukraynanı, Ermənistanı tutdu. Görmürsünüz, Rusiya necə yayılır? O öz hədəflərinə çatmaq üçün bizi necə toqquşmalara itələyir? Ermənistan və Azərbaycan arasında müharibəni məhz Rusiya qızışdırır. Birləşmiş Ştatlar isə öz sanksiyaları ilə bu iştahanın qarşısını almağa çalışır”, – deyə Levon Şirinyan qeyd edib.

Politoloqun sözlərinə görə, Rusiya Ermənistanı aşağıdakı nöqteyi-nəzərə əsaslanaraq götürmək istəyir: “Bu gün onlar rus dilinə rəsmi status verilməsini təklif edirlər, sabah deyəcəklər – dini baxışlarınızı dəyişin. Bu, rus dəst-xəttidir”.

Şirinyan əmin edir ki, indiki halda Birləşmiş Ştatların hərəkətləri Ermənistanın maraqlarına uyğundur. “Təmkininizi saxlayın, ABŞ-ın hərəkətləri Ermənistanın maraqlarına zidd deyil”, – L.Şirinyan bildirib.

L.Şirinyan əlavə edib ki, əgər Rusiya barəsində Amerika sanksiyaları Avrasiya İqtisadi Brliyinə (AİB) daxil olan ölkələrə də toxunarsa, onda Ermənistan dərhal bu təşkilatı tərk edəcək.

“Ermənistan Avrasiya İqtisadi Brliyini tərk edəcək: bu bizim mövcudluğumuz məsələsidir. Bu bəyanatı Rusiya analitiki verib, AİB üzvü olan ölkələri qorxutmaq üçün bu da şantajdır. Mən düşünmürəm ki, Birləşmiş Ştatlar AİB ölkələri barəsində də sanksiyalar tətbiq etsin, amma əgər Rusiya Federasiyası bütün sərhədləri keçəcəksə və sakitləşməyəcəksə, onda ABŞ buna da gedəcək”, – deyə Şirinyan vurğulayıb.

Virtualaz.org

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here

twelve − five =