Yerə səfər etmiş ən qədim yadplanetlinin skeleti aşkarlandı

0
637

Yerə səfər etmiş ən qədim yadplanetlinin skeleti aşkarlandı - FOTOLAR

Rusiyanın Ural regionunda yadplanetli qadının skeleti aşkarlanıb.

Çelyabinsk vilayətində təsadüfən aşkarlanmış sümüklər bir çoxlarının diqqətini cəlb edib. Skeletin formasının qeyri-adi və fərqli olması onun yadplanetliyə məxsusluğunu sübut edir. Skeletin yumurtanı xatırladan kəlləsi onun məşhur “Yad” filminin qəhrəmanına bənzədiyini göstərir.

Sümükləri aşkar etmiş gənclər bununla bağlı videogörüntüləri “youtube”a yerləşdiriblər. Bundan sonra mətbuat baş verənlərdən xəbər tutub və görüntülər diqqət çəkib.

İnternetdə populyarlaşmış görüntüləri seyr edən Britaniya alimləri rusların kosmosdan gəlmiş şəxsin sümüklərini aşkar etdiklərini bildiriblər. Lakin maraqlı məqam təkcə bundan ibarət deyil. Qərb tarixçiləri bildirirlər ki, aşkarlanmış sümüklər yadplanetlilərin hələ qədim dövrlərdən Yer üzünə səfərlər təşkil etdiklərini ortaya çıxarır. Britaniya arxeoloqları da tapılan sümüklərin yadplanetliyə məxsus olduğunu təsdiqləyirlər.

Qeyd edək ki, bir müddət əvvəl “Arkaim” qoruğunun nəzarətçisi Mariya Makurova Çelyabinsk vilayətinin mətbuat nümayəndələrinə açıqlamasında qoruq ərazisində yadplanetlilərin skeletlərinin aşkarlandığını xəbər vermişdi. Maraqlı cəhət burasındadır ki, arxeoloqların aşkarladıqları yadplanetli məzarları bizim eranın II-III əsrlərinə aid skeletlərdir. Bütün bunlar isə yadplanetlilərin hələ qədim dövrlərdən etibarən – 18-19 əsr bundan əvvəl Yer kürəsinə səfərlər etdiklərini göstərir.Publika.az

 

BIR CAVAB BURAXIN