Yeni baş nazir keçmiş həmkarını həbsə göndərdi

0
544

Malayziyanın keçmiş baş naziri Nəcib Rəzaq həbs edilib.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, eks-baş nazir çirkli pulların yuyulmasında və Dövlət İnvestisiya Fondunun vəsaitini mənimsəməkdə ittiham olunur. Rəzaqın məhkəməsi iyulun 4-də keçiriləcək.

Xatırladaq ki, Malayziyada keçirilən sonuncu prezident seçkiləri nəticəsində son 60 ildə ilk dəfə hakimiyyətə müxalifət keçib. Hazırkı baş nazir Mahathir Mohamaddır.

BIR CAVAB BURAXIN