Yeltsin üç gün dayanmadan içib və Amerika səfirliyinə qaçmaq istəyib

0
310
SSRİ-nin son aylarını yaşadığı 1991-ci ildə, avqustun 18-də baş qaldırmış hərbi qiyam zamanı Rusiyanın ilk prezidenti özünü necə aparıb? O, doğrudan da sonradan təbliğ edildiyi kimi demokratiya naminə heç nədən çəkinmədən mübarizəyə başlayıb və qiyam qaldırmış generalların, tankların qarşısına çıxaraq QKÇP-nin süqutuna nail olub?
Bu hadisələrin üstündən 27 il keçəndən sonra Rusiyanın keçmiş vitse-prezidenti, general Aleksandr Rutskoy “Moskovskiy Komsomolets” qəzetinə həmin hadisələr zamanı Yeltsini müdafiə etdiyi üçün peşiman olduğunu deyib. Rutskoy bildirib ki, QKÇP qiyamı başlayanda Yeltsin üç gün dayanmadan içib, “zapoya” gedib və daha sonra ABŞ səfirliyinə qaçmaq istəyib. Rutskoy danışıb ki, insanları “Ağ evin” (Dövlət Dumasının indiki binasının) qarşısına toplamaq ideyası ona məxsus idi və məhz bu çağırış əsasında on minlərlə insan parlament binasının qarşısına toplaşıb QKÇP-nin süqutuna səbəb oldu.
Lakin Yeltsinin təhlükəsizlik xidmətinin rəhbəri olmuş general Aleksandr Korjakov Rutskoyun dediklərini təkzib edib, onu “sayıqlamada” günahlandırıb və deyib ki, əslində Yeltsin həmin hadisələr vaxtı çox az içmişdi. “Yeltsin o vaxt çox az içmişdi, cəmi bir qədər içib yatmışdı. Paltarlı yatırdı. Rutskoy Yeltsinin evə içib gəldiyini deyir, amma əslində onun özü bərk içmişdi”-Korjakov deyib.
Polemikaya Rusiya Federasiya Şurasının keçmiş sədri Ruslan Xasbulatov nöqtə qoyub. O, təsdiq edib ki, Yeltsin QKÇP qiyamı başlayanda aramsız içirdi və ABŞ səfirliyinə qaçmağa hazırlaşırdı.
Xasbulatovun sözlərinə görə, bu məsələni əslində Rutskoya o danışıb. “Bu ki məlum olan faktdır. Rutskoy düz deyir, amma şahid mən idim. Yeltsin məni dilə tuturdu ki, Amerika səfirliyinə birlikdə qaçaq. Mən imtina edəndə o da məcbur oldu imtina etsin. Yeltsin nəinki qaçmağı təklif edirdi, məni dilə tuturdu: “Gəl qaçaq, yoxsa onlar bizi öldürəcəklər, yarım saat sonra hücum olacaq”. Yeltsinə təklif etdim ki, istəyirsə qaçsın, amma mən qalacağam. O görəndə ki, Ali sovetin sədri səfirliyə qaçmaq istəmir, o da fikrindən daşındı”-Xasbulatov danışıb.
1991-ci il avqustun 18-də SSRİ güc strukturlarının və xüsusi xidmət orqanlarının rəhbərləri prezident Mixail Qorbaçovu hakimiyyətdən kənarlaşdırdıqlarını elan edərək müvəqqəti hakimiyyət orqanı kimi Dövlət Fövqəladə Vəziyyət Komitəsi (QKÇP) qurduqlarını elan ediblər. Həmin vaxt Qorbaçov Soçidə dincəlirdi.
Lakin Yeltsinin komandası QKÇP-yə qarşı çıxıb və silahlı qüvvələrin Rusiya prezidentinə sadiq olan hissəsinin köməyi ilə çevriliş planı üç gün sonra süqut edib. QKÇP üzvləri həbs ediliblər, bəziləri isə intihar etməyi seçiblər. (virtualaz.org)

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here

eighteen + fifteen =