Yaxşı oynayan Xorvatiya, çempionsa bəxti gətirən Fransa oldu

0
795

Futbol üsrə Fransa milli komandası tarixində ikinci dəfə dünya çempionu olub.

Didye Deşamın baş məşqçi olduğu kollektiv Rusiyadakı mundialın finalında Xorvatiya yığmasını məğlub edib – 4:2. Hesabı 18-ci dəqiqədə xorvatiyalı hücumçu Mario Mancukiç açıb. Lakin o, topu öz qapısına göndərib. Bundan 10 dəqiqə sonra İvan Perişiç bərabərlik qolunu vurub. 38-ci dəqiqədə isə argentinalı baş hakim Nestor Pitana VAR sisteminə müraciət edildikdən sonra Xorvatiyanın qapısına penalti təyin edib. O, Perişiçin əllə oyununu qayda pozuntusu kimi dəyərləndirib. Nəticədə Antuan Qrizmann penaltini dəqiq yerinə yetirib.

Fasilədən sonra tərəflər daha 3 qol vurublar. 59-cu dəqiqədə Pol Poqba, 65-ci dəqiqədə Kilian Mbappe fərqi artırıb. 69-cu dəqiqədə isə Mario Mancukiç qapıçı Uqo Lyorisin səhvindən sonra fərqi azaldıb.

Beləliklə, Fransa 1998-ci il mundialından sonra ikinci dəfə dünya çempionu olub. Deşam isə Mario Zaqallo (Braziliya) və Frants Bekkenbauerdən (Almaniya) sonra həm futbolçu, həm də baş məşqçi kimi dünya çempionu olan üçüncü baş məşqçiyə çevrilib.

DÇ-2018

Final

15 iyul

Fransa – Xorvatiya – 4:2

Qollar: Mancukiç, 18 (avtoqol), Qrizman, 38 (pen.), Poqba, 59, Mbappe, 65 – Perişiç, 28, Mancukiç, 69

Hakim: Nestor Pitana (Argentina)

Moskva. “Lujniki” stadionu

 

Fransa: 1. Hüqo Lloris (q) (k), 2. Benjamin Pavar, 4. Rafael Varan, 5. Samuel Umtiti, 6. Pol Poqba, 7. Antuan Qrizman, 9. Olivye Jiru, 10. Kilian Mbappe, 13. Nqolo Kante, 14. Blez Matuidi, 21. Lukas Hernandez

Ehtiyat oyunçular: 16. Stiv Mandanda (q), 23. Alfonso Areola (q), 3. Presnel Kimpembe, 8. Tomas Lemar, 11. Usman Dembele, 12. Sorentin Tolisso, 15. Stiv Nzonzi, 17. Adil Rami, 18. Nabil Fekir, 19. Cibril Sidibe, 20. Florin Tauvin, 22. Benjamin Mendi

Baş məşqçi: Didye Deşam

 

Xorvatiya: 23. Daniel Subaşiç (q), 2. Şimo Vrasilko, 3. İvan Ştirniç, 4. İvan Perişiç, 6. Deyan Lovren, 7. İvan Rakitiç, 10. Luka Modriç (k), 11. Marselo Brozoviç, 17. Mario Macukiç, 18. Ante Rebiç, 21. Domoqoy Vida

Ehtiyat oyunçular: 1. Dominik Livakoviç (q), 12. Lovre Kaliniç (q), 5. Vedran Çorluka, 8. Mateo Kovaçiç, 9. Andrey Kramariç, 13. Tin Yedvay, 14. Filip Bradariç, 15. Duye Kaleta-Kar, 19. Milan Badeli, 20. Marko Pyatsa, 22. Yosip Pivariç

Baş məşqçi: Zlatko Daliç

 

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here

five × three =