Yaxın Şərqdə 3 aydan sonra yeni dövlət yaranacaq

0
587

Yaxın Şərqdə 3 aydan sonra yeni dövlət yaranacaq

Mosul ən geci üç ay içində İŞİD-dən azad ediləcək.

Publika.az xəbər verir ki, bunu İraq kürd regional rəhbərliyinin baş naziri Neçirvan Bərzani Almaniyanın “Bild” qəzetinə müsahibəsində bildirib.

Mosulun ətrafında yerləşən yaşayış məntəqələrinin İraq ordusu və peşmərgə gücləri (kürd regional rəhbərliyinin silahlı qüvvələri –red.) tərəfindən çox sürətli şəkildə azad edildiyini qeyd edən baş nazir şəhərdə müdafiə xəttinin nə qədər güclü olduğunu tam olaraq bilmədiklərini vurğulayıb.

“İŞİD-in yüzlərlə kamikadzeyə sahib olduğunu görürük. Partlayıcı maddələrin hazırlandığı fabrikləri olmalıdır. İndiki mərhələ əməliyyat üçün ən təhlükəli mərhələdir. Ancaq əməliyyat bu şəkildə getdiyi təqdirdə belə ən geci üç ay ərzində şəhərin azad olunacağını təxmin edirik”, – o, söyləyib.

O, Mosulun azad edilməsindən sonra müstəqillik üçün hərəkətə keçəcəklərini deyib: “Bunun üçün uzun müddət gözlədik. 2003-cü ildən sonra demokratik bir İraq üçün yeni bir başlanğıcın ola biləcəyini düşünmüşdük. Ancaq bu, baş vermədi”.

BIR CAVAB BURAXIN