Yatmış gözəl mumiyasının sirri açıldı

0
593

Çinin Takla Makan səhrasında 3800 illik qadın mumiyası aşkar edilib.
M
umiya yatan gözəl Lulan adlandırılıb. Mumiyanın aşkar edildiyi ərazi sir və tapmacalarla doludur. Qədim insanlar inanırdılar ki, bura girən insan çıxış yolu tapa bilmir. Nə vaxtsa bu ərazidə evlər və məbədlər olub. Bu gün isə ətraf qum təpələri ilə doludur.

Ölüm dənizi adlandırılan Takla Makan səhrasında qədim dövrə aid bir sıra tapıntılar var. Arxeoloqlar artıq bəzi sirləri açmağa başlayıblar. Amma görünən odur ki, hələ arxeoloqlar sirləri tam aça bilmirlər.

1980-ci ildə “İpək yolu” haqqında filmin çəkilişləri zamanı Lulanın mumiyası tapılıb. Arxeoloqlar bundan sonra ərazini incələməyə başladılar. Nəticədə elə də dərin olmayan qəbirlərdə 200 mumiya aşkar edildi. Tədqiqat sübut etdi ki, dəfn mərasimi mürəkkəb balzamlaşdırma ritualları ilə həyata keçirilməyib. Bununla yanaşı, mumiyalar Misirdəki mumiyalardan yaxşı qalıb.

Sonradan analizlər məlum etdi ki, Lulan əslən Qafqazlıdır. Haşiyə çıxmaq lazımdır ki, burada qafqazlı deyiləndə müasir Azərbaycan ərazisində yaşayan tayfalar və ya mövcud olan dövlətin sakini nəzərdə tutulur. Onun hündür burun körpüsü, çıxıntılı almacıq sümüyü və qumral saçları var. Bu isə konkret o dövrdə Azərbaycanda yaşayan türk xalqlarının antropologiyası ilə üst-üstə düşür. Bunu dəqiqləşdirmək üçün isə antik dövrün səyyah və tarixçilərinin müasir Azərbaycan ərazisində yaşayan türk xalqları ilə bağlı qeydlərinə baxmaq olar.

Məlum olub ki, Lulan öləndə 40 yaşı olub. Onun qırmızı paltarı olub və saçına parıltılı nəsə sürtüb.

Ehtimal edilir ki, onun ölüm səbəbi ağır həyat tərzi olub. İpək yolu ilə naməlum istiqamətdə səyahətə çıxan qadın zəhərli toz, tüstü və udaraq nəticədə ağ ciyərlərini məhv edib.

Lulanın qəbrinin yanında başqa bir mumiya var. Onu isə Çerçen adlandırıblar. Çerçenin hündürlüyü 184 sm olub və kürəndir. DNA analizi isə onun kelt olduğunu üzə çıxarıb. Bu iki mumiyanın İpək yolunda digər qadın və uşaqlarla dəfn edilməsi, ətrafda avropoid irqinə məxsus yüzlərlə digər mumiyanın olması alimlər üçün sirr olaraq qalıb.

Bu sirli tapıntı bir çox suallara səbəb oldu. Bu qadın kimdir? Niyə vətənindən bu qədər uzaqda vəfat edib? Niyə onun yanında dəfn edilən şəxslər fərqlidir? Onlar arasında döyüşçülər, krallar, fermerlər, kəndlilər olub. Onların dəfn edildiyi yer isə, Qafqaz xalqlarının Asiyanın bu ucqarına ilk səfərinin həyata keçirildiyi vaxtdan min il əvvələ təsadüf edir. Daha doğrusu, rəsmi versiyaya görə, qafqazlılar bu tarixdən min il sonra buralara ayaq açıblar. Bəzi versiyalara görə, mumiyanın uyğurlara aid olduğu iddia edildi. Amma 1993-cü ildə Pensilvaniya universitetinin professoru və italiyalı genetik qalıqları analiz etdilər. Məlum oldu ki, qalıqların uyğurlarla heç bir əlaqəsi yoxdur. Ehtimal edilir ki, bu insanlar Çinə Sibirdən keçiblər. Sibir nə vaxtsa türklərin qədim məskəni olub.

Hazırda Lulanın mumiyası Sintszyan-Uyğur muxtar rayonundakı muzeydə saxlanılır…B