Yaqub Mahmudov: “. “Xocalıda günahsız insanları qətlə yetirən ermənilərin başını sığallamalıyıq?!”

0
729

“Bu gün Tarix İnstitutuna qara yaxanlar var. “Facebook”da, orda-burda ağızlarını əyə-əyə bizi ermənifobiyada ittiham edirlər”.

Arazinfo.com-un APA-ya istinadən veriyi xəbərə görə, bu sözləri azərbaycanlıların soyqırımının 100-cü ildönümünə həsr olunmuş elmi-praktik konfransda AMEA Tarix İnstitutunun direktoru, akademik Yaqub Mahmudov deyib. “Xocalıda günahsız insanları qətlə yetirən ermənilərin başını sığallamalıyıq?! Mən instituta rəhbərlik etdiyim dövrdə 412 kitab çap olunub. Bunun yalnız 12-si soyqırımılarla bağlıdır. Mən üzümü ölkə daxilindəki bədxahlarımıza tutaraq deyirəm ki, bizim yazdığımız əsərləri oxusunlar və fikirlərini dəyişsinlər”, – deyə o, söyləyib.

Y. Mahmudov qeyd edib ki, Azərbaycan Xalq Cümhuriyyəti ilə bağlı Hindistan arxiv sənədləri əsasında kitablar çap olunacaq.

BIR CAVAB BURAXIN