Yaponiya Baş naziri Rusiyaya səfərt edəcək

0
510

Yaponiya Baş naziri Sintzo Abenin 2019-cu il yanvar ayının 21-də Moskvaya səfəri gözlənilir.

Arazinfo.com-un TASS-a istinadən verdiyi xəbərə görə, bu barədə Yaponiyanın Sankei Shimbun qəzetinin yaydığı məlumatda deyilir. Qəzetin yazdığına görə hazırda tərəflər arasında bununla bağlı danışıqlar aparılır.

Xatırladaq ki, sonuncu dəfər iki ölkə rəhbərləri bu ilin noyabr ayının14-də Sinqapurda görüşüblər. Tərəflər bu görüşdə danışıqların aktivləşdirilməsi və bunun əsasında iki ölkə arasında sülh anlaşmasının imzalanması barədə razılığa gəliblər.