Yaponiya Baş naziri Çinə səfər edəcək

0
457

Yaponiya hökumətinin başçısı Sindzo Abe oktyabr ayının 25-də Çinə rəsmi səfərə gedəcək.

Mediainfo.az-ın Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, bu barədə mətbuata açıqlamasında Çin Xarici İşlər nazirliyinin rəsmisi Lu Kan deyib: “Çin Xalq Respublikası Dövlət Şurasının Baş naziri Li Ketsyanın dəvəti ilə Yaponiya Baş naziri Sindzo Abe 25-27 oktyabr tarixlərində Çinə səfər edəcək”.

Lu Kan xatırladıb ki, son 7 ildə ilk dəfə Yaponiya Baş naziri Çinə səfər edəcək. O qeyd edib ki, Yaponiya rəhbərinin səfəri həm də iki ölkə arasında imzalanan dostluq və qardaşlıq haqqında anlaşmanın 40 illiyinə təsadüf edəcək: “Səfər çərçivəsində Çinlə Yaponiya arasında əməkdaşlığın daha da dərinləşdirilməsi məsələləri müzakirə ediləcək, bölgədəki və beynəlxalq aləmdəki, iqtisadi və siyasi vəziyyət barədə fikir mübadiləsinə baş vurulacaq”.

Əziz Mustafa

 

 

 

 

BIR CAVAB BURAXIN