Yağış, külək, şimşək – Sabahın hava PROQNOZU

0
325

Sabah, sentyabrın 25-də Bakıda və Abşeron yarımadasında, eləcə də Azərbaycanın digər rayonlarında gözlənilən hava proqnozu açıqlanıb.

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Publika.az-a verilən məlumata görə, bəzi yerlərdə qısamüddətli yağış yağacağı, günün ikinci yarısında dəyişkən buludlu olacağı gözlənilir. Arabir güclənən şimal-qərb küləyi gündüz şimal-şərq küləyi ilə əvəz olunacaq.

 

Havanın temperaturu gecə 15-18°, gündüz 20-23° isti, Bakıda gecə 16-18°, gündüz 20-22° isti olacağı gözlənilir.

 

Atmosfer təzyiqi 760 mm civə sütunundan 764 mm civə sütununa yüksələcək. Nisbi rütubət 85-95% təşkil edəcək.

 

Azərbaycanın rayonlarında gözlənilən hava şəraitinə gəlincə, bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı, gecə intensiv olacağı, gündüz əksər rayonlarda əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər ayrı-ayrı yerlərdə duman olacaq. Gecə və səhər arabir güclənən qərb küləyi əsəcək. Havanın temperaturu gecə 12-17°, gündüz 20-25°, dağlarda gecə 3-8°, gündüz 10-15° isti olacağı gözlənilir.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here

18 − 3 =