Yəməndə humanitar fəlakət yaşanır

0
456

Yəməndə davam edən müharibə ölkə əhalisini humanitar fəlakət qarşısında qoyub.

Arazinfo.com-un Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, Yəməndə ölkə əhalisinin 70 faizi aclıqdan əziyyət çəkir. Bu isə təxminən 20 milyon nəfərdən artıq adam deməkdir. Məsələ ilə bağlı BMT də həyəcan siqnalı verməyə başlayıb. Belə ki, BMT-nin Humanitat məsələlər üzrə əlaqələndiricisi Mark Loukok bildirib ki, 2017-ci illə müqayisədə Yəməndə aclıq çəkənlərin sayı iki dəfədən çox artıb. O, Yəməndə aclıq çəkən insanlara 152 dövlət tərəfindən humanitar yardım göstərildiyini, ancaq bunun aclıqla mübarizə üçün kifayət etmədiyini bildirib. BMT rəsmisi belə davam edəcəyi təqdirdə Yəməndə yüz minlərlə insanın aclıq qurbanı ola biləcəyi barədə xəbərdarlıq edib.