Yəhudilərdə varislik niyə ana xətti ilə ötürülür? – Yəhudi olmayan ana uşağını…

0
543

Yəhudilərdə varislik niyə ana xətti ilə ötürülür? - Yəhudi olmayan ana uşağını...

Yəhudilər özünəxas cəhətləri ilə digər xalqlardan yetərincə fərqlənirlər. Onlarda varislik ata yox, ana xətti ilə ötürülür. Bu xalqın ana hökmüranlığının səbəbi hələ də tam aşkarlanmasa da, bir sıra fərizyyələr var.

Tövratda yazılanlar

Tövrat yəhudilərə digər millətdən olan qadınlarla evlənmək qadağası qoyur. Səbəbi isə odur ki, yəhudi olmayan ana uşağını yanlış yola sürükləyə bilər. Yəni digər xalqdan və dindən olan qadının tərbiyə etdiyi uşaq yəhudi hesab olunmur. Burada yalnız bir çıxış yolu vardı. Digər xalqdan olan qadın yəhudi kişi ilə ailə qurarsa, mütləq dini görüşlərini dəyişib, yəhudi olmalı idi. Əks halda, bu nikah Allah tərəfindən lənətlənmiş sayılırdı.

Картинки по запросу jewish

Digər fərziyyə

Başqa bir fərziyyə isə ondan ibarətdir ki, körpənin atası dəqiq bəlli olmasa da, onu dünyaya gətirən ana hər zaman məlumdur. Yəni, qadın hətta rəsmi nikahda olduğu müddətdə digər kişidən övlad dünyaya gətirərsə, bu sirr bəzən əbədi olaraq qoruna bilər. Lakin ananın övladını 9 ay bətnində gəzdirməyi və ona həyat verməyi faktı heç kəs tərəfindən nə gizlədilə, nə də təhrif oluna bilər. Odur ki uşağın atasının dinindən və kimliyindən asılı olmayaraq, o, yəhudi anasının varsis sayılır.

Leyla Sarabi

BIR CAVAB BURAXIN