“XX əsrdə türk-müsəlman xalqlarına qarşı soyqırımları” mövzusunda V Beynəlxalq elmi konfrans keçiriləcək

0
504
11-15 aprel tarixlərində Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Tarix
İnstitutu və Türkiyə Cümhuriyyəti Atatürk Araşdırma Mərkəzinin birgə təşkilatçılığı ilə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş “XX əsrdə türk-
müsəlman xalqlarına qarşı soyqırımları” mövzusunda V Beynəlxalq elmi konfrans
keçiriləcək.
Tarix İnstitutundan Arazinfo.com-a  verilən məlumata görə, beynəlxalq konfransda aşağıdakı bölmələr üzrə məruzələr dinləniləcək:
I. XX əsrdə Azərbaycan xalqına qarşı soyqırımları – 1) 1905-1906-cı illərdə
Azərbaycan xalqına qarşı kütləvi qırğınlar; 2) 1917-1920-ci illərdə Azərbaycan xalqınaqarşı soyqırımları; 3) 1948-1953-cü illərdə azərbaycanlıların öz tarixitorpaqlarından -Ermənistan SSR-in ərazisindən deportasiyası; 4) 1988-1991-ci illərdə azərbaycanlıların öz tarixi torpaqlarından – Ermənistan Respublikasının ərazisindən deportasiyasının başa
çatdırılması; 5) 1991-1994-cü illərdə Azərbaycan torpaqlarının Ermənistan  tərəfindən işğalı, azərbaycanlılara qarşı soyqırımları və etnik təmizləmələr;
II. 1914-1920-ci illərdə Şərqi Anadolu, Urmiya, Salmas, Xoy bölgələrində türk-
müsəlman əhaliyə qarşı soyqırımları;
III. XX əsrdə Qafqaz, Volqaboyu və Mərkəzi Asiya xalqlarına qarşı soyqırımları və
deportasiyalar.
Konfransın materialları çap olunacaq və iştirakçılara paylanılacaq. Məqalələr
(Azərbaycan, rus və ingilis dillərində açar sözlər, rus və ingilis dillərində xülasələrlə
birlikdə) fevralın 15-dək Təşkilat Komitəsinə göndərilməlidir.
Məqalələrin həcmi 8-10 səhifədən artıq olmamalı və elektron variant bu e-mail
ünvanlarına göndərilməlidir: ymahmudov@mail.ru soyqirim.konf@gmail.com
Məqalənin mətni Microsoft Word 2007-2010-da Times New Roman şrifti ilə yığılmalıdır.
Şriftin ölçüsü 14, sətirlərarası interval 1.5, sol tərəfdən məsafə 3 sm, sağdan 1 sm, yuxarı və aşağıdan isə 2 sm olmalıdır. Məqalələrin adının üstündə sağda müəllifin adı və soyadı, altında isə çalışdığı müəssisənin, təşkilatın və şəhərin adı, elmi dərəcəsi və elmi adı qeyd olunmalıdır.
Konfransa ölkə xaricindən qatılan mütəxəssislərin yol xərci öz hesablarınadır.
Mehmanxana və yemək xərcləri isə dəvət edən təşkilat tərəfindən ödəniləcək.
Daha ətraflı məlumat üçün Təşkilat Komitəsinə müraciət etmək olar: AMEA-nın əsas
binası, 6-cı mərtəbə, Tarix İnstitutu.
Telefonlar: (+994 12) 539-36-15; (+994 12) 539-36-19, Mob.: (+994 50) 327-41-64; (+994 50) 614-54-23

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here

three × 2 =