Xramçixin erməniləri hədələdi: Qarabağsız qalacaqsınız…

0
423

Rusiya Ermənistan qarşısında öz öhdəliklərini sona qədər icra edir.

Axar.az xəbər verir ki, bunu “168.am”a müsahibəsində rusiyalı hərbi ekspert Aleksandr Xramçixin deyib. O, Dağlıq Qarabağda hərbi fəaliyyətlərin yenilənəcəyi halda KTMT-nin konfliktə müdaxilə etməyəcəyini bildirib:

“KTMT yalnız Ermənistan ərazisinə hücuma məruz qalacağı halda reaksiya verəcək. Ehtiyac yaranacağı təqdirdə Ermənistan gərək rəsmi şəkildə KTMT-yə müraciət etsin. KTMT-nin bütün üzvləri üçün belə dəstəyin verilib-verilməyəcəyini demək çətindir, amma Rusiya KTMT çərçivəsində öz öhdəliklərini mütləq icra edəcək”.

102-ci bazanın hərbi potensialının artırılması məsələsinə gəlincə isə Xramçixin buna yalnız prosesin bitməsindən sonra qiymət verilə biləcəyini deyib. O, hazırda Rusiyanın Ermənistandakı hərbi bazalarının köhnəldiyini və hətta bu bazada artıq Rusiyada istifadə edilməyən silahların olduğunu söyləyib.

Xramçixinin Rusiya bazasının Ermənistandan çıxarılmasının İrəvanın daxili işi olduğunu vurğulayıb:

“Bu, reallaşa bilər. Bundan sonra, məncə, siz 100% Qarabağsız qalacaqsınız, amma bu, yenə də öz işinizdir”.

PS. Qarabağ nə vaxtdan Ermənistanın olub ki, Xramçixin erməniləri yenə Qarabağsız qalmaları ilə hədələyir. Belə çıxır ki, Rusiya həmişəki kimi yenə də Azərbaycan torpaqları hesabına Ermənistanla alver edir… Görəsən Xramçixinin bu həyasızlığına XİN etirazını bildirəcəkmi?