Xoşbəxt nəsil

0
1628

Xoşbəxt nəsil

Xalqımızın 30 illik intizarına Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə şanlı ordumuzun apardığı 44 günlük müharibədə son qoyuldu. “İkinci Qarabağ müharibəsi Azərbaycanın tam və qəti qələbəsi ilə başa çatdı. Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında güclü Azərbaycan Ordusu Ermənistanın ardıcıl təxribatlarının və yeni işğal planlarının qarşısını almaq, işğal altında olan torpaqlarımızı azad etmək məqsədilə 2020-ci ilin sentyabrın 27-dən etibarən Zəfər yürüşünə başladı. Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında böyük əksəriyyəti müstəqillik dövründə formalaşan Azərbaycan gənclərindən təşkil olunmuş Azərbaycan Ordusu tarixi ədaləti bərpa etdi və böyük qəhrəmanlıq, şücaət göstərərək torpaqlarımızı işğaldan azad etdi”.
Bu gün Azərbaycan gəncliyi yüksək intellektə malik, vətənpərvər, aktiv gənclik olaraq yetişməkdədir. “Gənclər hər bir istiqamətdə dövlətin yanında olduqlarını nümayiş etdirərək Müzəffər Ali Baş Komandanmızın ətrafında sıx birləşmişdir. Azərbaycanın bugünkü yüksəlişində, onun iqtisadi, siyasi və mədəni həyatında gənclərin rolu çox böyükdür. Vətən müharibəsi dövründə də Qarabağla bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması istiqamətində gənclərin rolu böyük olmuşdur. Təsadüfi deyil ki, bu gün minlərlə şəhidi, qəhrəman qazisi olan Azərbaycanın elə bir bölgəsi, elə bir kənd və qəsəbəsi tapılmaz ki, orada şəhid məzarına rast gəlməyək. Vətənpərvərlik hissi, döyüş ruhu gənclərdə hər zaman yüksək səviyyədə olub. Çünki tarixi Zəfər Günümüzün dəyərini hər bir gənc nəsil daim vəzifə  borcu kimi özündə yaşatmalı, harada yaşamasından asılı olmayaraq onun təbliğində böyük fəallıq göstərməlidirlər.”

Nicat Məmmədli- Zərdab şəhər sakini, “Rayon Mərkəzi Xəstəxanası” PHŞ əməkdaşı