Xorvatiyaya məğlub olan olan Argentina mundialla vidalaşa bilər

0
454

Dünya çempionatının qrup mərhələsində ötən gün növbəti oyunlar keçirilib.  C qrupunda II tura yekun vurulubsa, D qrupunun bir görüşü baş tutub.

İlk turda Peru üzərində minimal hesablı qələbə qazanan Danimarka bu dəfə mundiala məğlubiyyətlə başlayan Avstraliya ilə üz-üzə gəlib. Görüş 1:1 hesablı bərabərliklə başa çatıb.

Birinci qarşılaşmasında çətin qələbə qazanan Fransa Perunu sınağa çəkib. Didye Deşamın komandası minimalhesablı qələbə ilə növbəti mərhələyə vəsiqəni təmin edib.

Dünya çempionatına gözlənilmədən xal itkisi ilə başlayan Argentina prinsipial görüşə çıxıb. Lionel Messinin komandası qrupun favoritlərindən sayılan və birinci matçda 3 xal qazanan Xorvatiya ilə üz-üzə gəlib. Cənubi Amerikalılar bu dəfə meydandan boynubükük ayrılıb. Xorvatiya Messi və komanda yoldaşlarını 3 qolla məyus edib. Bu qələbə həm də Daliçin yetirmələrinin 1/8 finala vəsiqəsi olub.

 

Dünya çempionatı

II tur, 21 iyun

 

D qrupu

Argentina – Xorvatiya – 0:3

Qollar: Rebiç, 54, Modriç, 81, Rakitiç, 90+1

Baş hakim: Ravşan İrmatov (Özbəkistan)

Nijni Novqorod. Şəhər stadionu

 

Argentina: 23. Villi Kabalyero (q), 2. Qabriel Merkado, 3. Nikolas Talyafiko, 8. Markos Akunya, 10. Lionel Messi (k), 13. Maksimiliano Meza, 14. Xavier Maskerano, 15. Enzo Perez (21. Dibala, 68), 17. Nikolas Otamendi, 18. Eduardo Salvio (22. Pavon, 56), 19. Serxio Aquero (9. Qonzalo İquayn, 54)

Ehtiyat oyunçular: 1. Nahuel Quzman (q), 12. Franko Armani (q), 4. Kristian Ansaldi, 5. Lukas Bilya, 6. Federiko Fazio, 7. Ever Baneqa, 9. Qonzalo İquayn, 11. Anxel Di Mariya, 16. Markos Roxo, 20. Covanni Lo Selso, 21. Paulo Dibala, 22. Kristian Pavon

Baş məşqçi: Xorxe Sampaoli

 

Xorvatiya: 23. Daniel Subaşiç (q), 2. Şime Vrsaliko, 3. İvan Ştirniç, 4. İvan Perişiç, 6. Deyan Lovren, 7. İvan Rakitiç, 10. Luka Modriç (k), 11. Marselo Brozoviç, 17. Mario Mancukiç, 18. Ante Rebiç (9. Kramariç, 57), 21. Domoqoy Vida

Ehtiyat oyunçular: 1. Dominik Livakoviç (q), 12. Lovre Kaliniç (q), 5. Vedran Çorluka, 8. Mateo Kovaçiç, 9. Andrey Kramariç, 13. Tin Yedvay, 14. Filip Bradariç, 15. Duje Kaleta-Kar, 19. Milan Badeli, 20. Marko Pyaça, 22. Yosip Pivariç

Baş məşqçi: Zlatko Daliç

 

Turnir cədvəli

 

1. Xorvatiya 2 2 0 0 5-0 6
2. İslandiya 1 0 1 0 1-1 1
3. Argentina 2 0 1 1 1-4 1
4. Nigeriya 1 0 0 1 0-2 0

 

 

C qrupu

Fransa – Peru – 1:0

Qol: Mbappe, 34

Baş hakim: Mohammed Abdulla Hassan (Birləşmiş Ərəb Əmirlikləri)

Yekaterinburq, Mərkəzi stadion

Fransa: 1. Uqo Loris (k), 2. Benjamin Pavar, 4. Rafael Varan, 5. Samuel Umtiti, 6. Pol Poqba, 7. Antuan Qrizmann (18. Fekir, 80), 9. Olivye Jiru, 10. Kilian Mbappe (11. Dembele, 75), 13. Nqolo Kante, 14. Blez Matuidi, 21. Lyuk Ernandes

Ehtiyat oyunçular: 16. Stiv Mandanda, 23. Alfons Areola, 3. Prenel Kimpembe, 8. Toma Lemar, 11. Usman Dembele, 12. Korentin Tolisso, 15. Stiven Nzonzi, 17. Adil Rami, 18. Nabil Fekir, 19. Cibril Sidibe, 20. Florian Toven, 22. Benjamin Mendi

Baş məşqçi: Didye Deşam

 

Peru: 1. Pedro Qallese, 2. Alberto Rodriges (4. Santamariya, 46), 6. Migel Trauko, 8. Kristina Kuevas (11. Ruidias, 82), 9. Paolo Gerrero, 15. Kristian Ramos, 17. Luis Advinkula, 18. Andre Karrilyo, 19. Yoşimar Yotun (10. Farfan, 46), 20. Edison Flores, 23. Pedro Aqino

Ehtiyat oyunçular: 12. Karlos Kaseda, 21. Xose Karvalyo, 3. Aldo Korso, 4. Anderson Santamariya, 5. Migel Araujo, 7. Paolo Urtado, 10. Cefferson Farfan, 11. Raul Ruidias, 13. Renato Tapiya, 14. Endi Polo, 16. Kartagena Vilder, 22. Nilson Loyola

Baş məşqçi: Rikardo Qareka

 

 

Danimarka  – Avstraliya – 1:1

Qollar: Kristian Eriksen, 7 – Mayl Yedinak, 39 (pen.)

Sarı vərəqələr: Yusuf Poulsen, 37; Sisto Pione, 84

Baş hakim: Antonio Mateu Lahoz (İspaniya)

Samara, “Kosmos Arena”

Danimarka: 1. Kasper Şmeyxel, 4. Simon Kyaer (k.), 6. Andreas Kristensen, 14. Henrik Dalsqor, 17. Yens Srtyuqer-Larsen, 8. Tomas Deleyni, 10. Kristian Eriksen, 19. Lasse Şone, 20. Yusuf Poulsen (11. Martin Braytvayt, 59), 9. Nikolay Yorgensen (21. Andreas Kornelius, 68), 23. Sisto Pione

Ehtiyat oyunçular: 16. Yonas Lossl, 22. Frederik Rennov, 3. Yannik Vesterqor, 18. Lukas Loreger, 12. Kasper Dolberq, 5. Yonas Knudsen, 13. Mattias Yorgensen, 2. Mikael Kron Deli, 15. Viktor Fişer

Baş məşqçi: Oqe Hereyde

 

Avstraliya: 1. Metyu Rayan, 5. Mark Milliqan, 16. Aziz Behiç, 19. Coş Risdon, 20. Trent Seynsberi, 7. Metyu Leki, 10. Robbi Kruz (17. Daniel Arzani, 68), 13. Aaron Muy, 15. Mayl Yedinak (k), 23. Tom Rogiç (22. Cekson İrvayn, 82), 11. Endryu Nabbut (9. Tomi Yuric, 75)

Ehtiyat oyunçular: 12. Bred Cons, 18. Denni Vukoviç, Miloş Degenek, 3. Ceyms Meredit, 4. Tim Keyhill, 6. Metyu Yurman, 8. Massimo Luonqo, 14. Ceymi Maklaren, 21. Dimitri Petratos

Baş məşqçi: Bert van Marveyk

 

Turnir cədvəli

1. Fransa 2 2 0 0 3-1 6
2. Danimarka 2 1 1 0 2-1 4
3. Avstraliya 2 0 1 1 2-3 1
4. Peru 2 0 0 2 0-2 0

 

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here

2 × three =