Xırdalanda 6 yaşlı qız döyülərək öldürülüb

0
515

Azərbaycanda dəhşətli qətl törədilib.

 

Hüquq-mühafizə orqanlarındanAPA-ya verilən məlumata görə, hadisə Xırdalan şəhərində qeydə alınıb.

 

Şəhər sakini, 6 yaşlı Ramilə Abdulxalıqovanın üzərində xəsarətləri olan meyiti küçədə tapılıb. Uşağın anası Samirə Narıyeva polisə qızının avtomobil vurması nəticəsində öldüyünü bildirib. Araşdırmalar zamanı qızın avtomobillə vurularaq deyil, qətlə yetirildiyi müəyyən edilib.

 

Həyata keçirilən tədbirlər nəticəsində hadisəni törədən, əvvəllər məhkum olunmuş Elnur Hacıyev tutulub. E. Hacıyev azyaşlı qızı döyərək öldürdüyünü etiraf edib. Saxlanılan şəxsin azyaşlının anası ilə qeyri-rəsmi nikahda olduğu bildirilir.

 

Faktla bağlı cinayət işi başlanıb, istintaq gedir.

BIR CAVAB BURAXIN