Xaricdən mal gətirilməsi qaydaları dəyişdi – Yeni məhdudiyyətlər

0
612

Fiziki şəxslər tərəfindən Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilərkən yazılı formada bəyan edilməli olan qiymətli metallar və qiymətli daşlarla bağlı prosedur dəyişib.
Bu gün Nazirlər Kabinetinin “Fiziki şəxslər tərəfindən istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların gömrük sərhədindən keçirilməsinin güzəştli və sadələşdirilmiş qaydaları”nda dəyişikliklər edilməsi barədə qərarında əksini tapıb.
İndiyə qədər 1500 ABŞ dolları ekvivalentindən artıq qiymətli metallar və qiymətli daşlar fiziki şəxslər tərəfindən Azərbaycanın gömrük sərhədindən keçirilərkən yazılı formada bəyan edilməli idi. Dəyişikliyə əsasən bu sahədə qiymətləndirmə ilə bağlı 1500 ABŞ dolları ekvivalenti ləğv edilib. Başqa sözlə, əsasən hər təqvim ayı ərzində bir dəfə 18 yaşına çatmış hər bir fiziki şəxs tərəfindən şəxsi istifadə üçün gömrük ərazisinə gətirilən 20 qram qızıl, ondan hazırlanmış zərgərlik və digər məişət məmulatları, emal olunmuş, çeşidlənmiş, çərçivəyə salınmış və bərkidilmiş 0,5 karat almaz güzəştli qaydada (gömrük ödənişlərini ödəmədən) gömrük sərhədindən keçirilə biləcək. Bu hədlərdən artıq qiymətli metallar və qiymətli daşlar isə Azərbaycanın gömrük sərhədindən keçirilərkən yazılı formada bəyan edilməlidir.
Bu qayda 30 gün sonra qüvvəyə minəcək.  /APA

BIR CAVAB BURAXIN