Xalq artistinin səhhəti yenidən pisləşdi

0
557

 


.

Xalq artisti, tanınmış xanəndə Könül Xasıyevanın səhhəti yenidən pisləşib. O, yaxın günlərdə xəstəxanaya yerləşdiriləcək. Arazinfo-nun verdiyi xəbərə görə, bu barədə Azvision.az-a Xalq artisti özü məlumat verib. O, vəziyyətinin yaxşı olmadığını deyib.

“Bir müddət ağrılarım səngimişdi. Ayaqlarımda və belimdə yenidən ağrılar baş qaldırıb. Ağrılar o qədər şiddətlənib ki, evdə qala bilmirəm, xəstəxanaya yerləşdiriləcəyəm”.

Xalq artisti maddi durumunun da yaxşı olmadığını söyləyib: “İşləmirəm, gəlirim yoxdur. Məni bütün hallarda sağlamlığım maraqlandırır. Qalanları boş şeydir. İndi bacılarım yanımda qalır. Onlar mənə qulluq edirlər”.

Qeyd edək ki, xanəndə uzun müddətdir onurğa iflicindən əziyyət çəkir.

 

BIR CAVAB BURAXIN