Xaçmazda ağır qəza: ölən polis mayorunun və yaralıların kimliyi məlum oldu

0
589
 11

Xaçmazda baş verən yol nəqliyyat qəzasında ölən və xəsarət alanların kimlikləri məlum olub.

APA-nın verdiyi məlumata görə, hadisə nəticəsində Xaçmaz rayonu, Müşkür kənd sakini, Dəmir Yol Nəqliyyatında Baş Polis İdarəsinin Xaçmaz xətt polis şöbəsinin əməkdaşı, mayor, 1964-cü il təvəllüdlü Məmmədov Cəfər Abbas oğlu və Ağdam rayon sakini, 1971-ci il təvəllüdlü Yarəliyev Allahverən Zülfüqar oğlu ölüb.

Qəza zamanı həmçinin Masallı rayonu, Ərkivan kəndinin sakinləri -1988-ci il təvəllüdlü Cəfərov Cavid Cəfər oğlu və onun qardaşı, 1982-ci il təvəllüdlü Cəfərov Samir Cəfər oğlu xəsarət alıblar.

Faktla bağlı araşdırma aparılır.

BIR CAVAB BURAXIN