«Xəyanət edənlər cəzalarını çəksinlər»- Baxçalı

0
415

baxcali_1395832740HDP funksionerlərinin həbsinə MHP sədri Dövlət Baxçalıdan da reaksiya gəlib.

 

 

 

 

Həmkarı Kamal Kılıçdaroğlundan fərqli olaraq Baxçalı bunun doğru qərar olduğunu bildirib: «MHP olaraq HDP-nin PKK ilə əlaqədə olduğunu həmişə bəyan etmişik. Ona görə də kim vətənə xəyanət edib terroru dəstəkləyirsə, məhkəmə qarşısında cavab verməli, layiq olduğu cəzanı almalıdır. Hökumətin parlamentə edam cəzası ilə bağlı təqdim edəcəyi qanuna da dəstək verəcəyik. Bizim bu mövzudakı mövqeyimizdə heç bir dəyişiklik olmayıb».
Qeyd edək ki, CHP sədri Kamal Kılıçdaroğlunun HDP-çilərin həbsinə münasibəti «millət vəkilləri seçki ilə gəlib seçki ilə də getməlidir. Siyasətdə qan davası olmaz» şəklində olmuşdu.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here

2 + four =