Vyanada nazirlər Qarabağ münaqişəsini müzakirə edəcəklər

0
392

Bu gün Vyanada Azərbaycan və Ermənistan XİN rəhbərləri Elmar Məmmədyarov və Edvard Nalbandyan arasında görüş keçiriləcək.

Azadinform-un məlumatına görə, Dağlıq Qarabağ münaqişəsinin nizamlanma prosesinin müzakirə olunacağı görüşdə ATƏT-in Minsk qrupu həmsədrləri də iştirak edəcək.

Qeyd edək ki, hər iki nazir dekabrın 7-8-də keçiriləcək ATƏT-in xarici işlər nazirləri toplantısı çərçivəsində Vyanada səfərdədir.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here

4 × two =