Vurulan rus təyyarəsindən 15 iyula qədər – Generalın xəyanət sirləri

0
617

Strateq.az xəbər verir ki, bu iddianı Fransanın AFP agentliyi irəli sürüb.

Türk ordusunun adı açıqlanmayan bir yetkilisinə istinadən verilən xəbərə görə, “Fərat qalxanı” planının baş tutmaması 15 iyul qiyamında xüsusi rol oynayan bir generalın fəaliyyəti nəticəsində mümkün olub.

Qaynaq generalın adını da açıqlayıb. İddia olunur ki, 15 iyul tarixinə qədər Türk ordusunun xüsusi xidmətlər qrupunun komandiri Semih Terzi bu əməliyyatın qarşısını alıb. Daha sonra rus təyyarəsi vurulduğundan, Türkiyə-Rusiya münasibətləri pozulub və özünün uzaqmənzilli müdafiə sistemlərini Aralıq dənizinə yerləşdirən Moskva qardaş ölkənin Suriya hava sahəsini pozacağı təqdirdə qisas alacağını açıqlayıb. Bununla da daha artıq təxribatlara yol açmaq istəməyən Türkiyə Suriya hava sahəsini pozmamağa diqqət göstərib.

Fransanın nüfuzlu xəbər agentliyinin bu məlumatını Türkiyənin hərbi dairələri də təsdiqləyən fikirlər səsləndiriblər. Bir müddət əvvəl ölkənin sabiq Baş qərargah rəisi İlker Başbuğ “CNN Türk” telekanalında Semih Terzi haqqında danışarkən, demişdi: “O qatil, o vətən xaini Türk Silahlı Qüvvələrinin Suriyadakı əməliyyatlarını idarə edən adam idi”.

Qeyd edək ki, Xüsusi Qüvvələr komandanı olan Semih Terzi 15 iyul çevriliş cəhdi zamanı bir türk zabiti tərəfindən alnından vurularaq öldürülmüşdü.

Ortaya çıxan bu xəbərləri tutuşduranda rus təyyarəsinin niyə vurulduğu və 15 iyul çevriliş cəhdinin səbəbləri məlum olur. Anlaşılır ki, məqsəd Rusiya ilə üz-üzə qoyulan Türk Silahlı Qüvvələrinin Suriyada hərəkat imkanlarını məhdudlaşdırmaq və Kürdüstan proyektini həyata keçirmək imiş. Rəsmi Ankara bu planın qarşısını almaq üçün Rusiyayla münasibətlərini öz axarına salmaq istəyəndə isə “xoca əfəndinin generalları” ABŞ-ın dəstəyini alaraq, çevrilişə əl atıblar.

BIR CAVAB BURAXIN