Vladimir Zaynetdinov KTMT Baş katibinin ermünə general ola biləcəyi barədə siqnal verdi…

0
437

 

sarkisian azpolitika info nikolay bordyuja ktmt putin nato
Zaynetdinov yeni baş katib vəzifəni tutacaq şəxsin üzv dövlətlərin adının rus əlifbası əsasında ardıcıllığına uyğun olacağını deməklə quruma sədrin erməni  generalın  ola biləcəyinə işarə vurub.
“Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) sabiq baş katibi Nikolay Bordyujanın istefasını dekabrın 29-da Ermənistan-Azərbaycan sərhədindəki insidentlə bağlı verdiyi şərhlərlə əlaqələndirmək yolverilməzdir”.APA-nın “news.am” saytına istinadən verdiyi məlumata görə, bu barədə təşkilatın mətbuat katibi Vladimir Zaynetdinovun yaydığı bəyanatda deyilir.
V. Zaynetdinov N. Bordyujanın istefasının 2015-ci ildə Moskvada quruma üzv ölkələrin dövlət başçılarının qəbul etdiyi qərarla bağlı olduğunu vurğulayıb. Yeni baş katibinin təyin edilməsi məsələsinə gəldikdə, bu vəzifəni tutacaq şəxs üzv dövlətlərin adının rus əlifbası əsasında ardıcıllığına uyğun, rotasiya qaydasında, Xarici İşlər Nazirləri Şurası tərəfindən 3 illik müddətə irəli sürüləcək namizəd olacaq.

Xatırladaq ki, N. Bordyuja Ermənistan-Azərbaycan sərhədində baş vermiş hadisə ilə bağlı işğalçı ölkənin mövqeyinə uyğun bəyanat verib. Azərbaycan bu bəyanata öz etirazını bildirib.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here

1 + eleven =