Vensan Kompani “Barselona”nın hədəfindədir

0
837

“Barselona”  “Manşester Siti”nin əfsanəvi oyunçusu belçikalı Vensan Kompanini transfer etmək üçün hərəkətə keçib.

Arazinfo.com-un verdiyi xəbərə görə, bu barədə The Sun nəşrinin yaydığı məlumatda deyilir. Belə ki, “Barselona”nın mərkəz müdafiəçisi Samuel Umtiti zədələndikdən sonra onun yerini doldura biləcək oyunçu yoxdur. Ona görə də Kataloniya klubu Umtitinin yerini Kompani ilə doldurmaq niyyətindədir. Qeyd edək ki, 2008-ci ildən “Mançester Siti”də çıxış edən 32 yaşlı Kompani hazırda əsas heyətə düşməkdə çətinlik çəkir. Əgər “Barselona” və “Mançester Siti” razılığa gələ bilsələr, onda Kompani gələn aydan Kataloniya klubunda çıxış edəcək.