Vahid Ələkbərov Putinin təklifinə “yox” dedi

0
317

11“Lukoyl” “Rosneft”in özəlləşdirməsində iştirak etməyə hazırlaşmır.Virtualaz.org bildirir ki, bu barədə TASS “Lukoyl”un vitse-prezidenti Leonid Feduna istinadən məlumat yayıb.
“Məsələ həll olunub. “Rosneft”in səhmləri “Rosnefteqazom” tərəfindən alınacaq. Bununla bağlı hökumətin təlimatı çıxıb və orada hər şey aydın göstərilib”, – deyə Fedun bildirib.
Daha öncə bildirilirdi ki, “Rosneft” “Lukoyl”la “Başneft”in Ufanın 3 neftayırma zavodundan 400 milyard rublluq neft məhsullarının satışı və alışı barədə müqaviləsini vaxtından əvvəl pozub. Öz növbəsində “Lukoyl” “Başneft”lə müqaviləni vaxtından əvvəl pozması üzrə “Rosneft”in təklifini dəstəkləmişdi.
Məhz ondan sonra Rusiya prezidenti Vladimir Putin “Lukoyl” şirkətinin başçısı Vahid Ələkbərova “Rosneft”in özəlləşdirməsində iştirak etməyi təklif etmişdi.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here

13 + twelve =