Vətəndaşlara şad xəbər: “Özəlləşdirmə çekləri ilə bağlı müsbət nəticələr əldə olunacaq”

0
1456

“Özəlləşdirmə çeklərini bu və ya digər şəkildə qara bazarda satmaq üçün təkliflər oluna bilər. Bir hüquqşünas kimi məsləhət görərdim ki, vətəndaşlar həmin təkliflə razılaşmasınlar”. Məlumat üçün bildirək ki, özəlləşdirmə çeklərin dövriyyəyə buraxılmasına 1996-cı il yanvarın 1-dən başlanıb. Həmin dövrdə vətəndaşlara 31,9 milyon özəlləşdirmə çeki paylanılıb. Ulu öndər Heydər Əliyevin fərmanına əsasən, 1997-ci il yanvar ayının 1-dək anadan olmuş bütün ölkə vətəndaşlarına artıq miras-əmlak payı olaraq 4 çekdən ibarət özəlləşdirmə payları verilib. Vətəndaşlara verilən özəlləşdirmə çeklərinin hər birinin dəyəri eynidir. Fərmana əsasən, özəlləşdiriləcək bütün dövlət əmlakının 65 faizi özəlləşdirmə çekləri vasitəsilə aparılmalıdır. Hər bir çekin dəyəri isə 32-də bir milyonda hissədir. Bu hissəyə düşən əmlak ekvivalenti payı qanunda inflyasiyadan qorunan əmlak ekvivalenti payı kimi göstərilib. Eyni zamanda, bu özəlləşdirmə paylarının banklarda girov qoyulması hüququ qanunla təmin olunub.

Özəlləşdirmə çekləri ilə bağlı ətraflı məlumatla aşağıdakı linkdən tanış ola bilərsiniz: https://www.qanunla.az/ozellesdirme-ceklerinizi-satmayin/

image-302196468_621850262662374_624881020288126722_n

Mövzu ilə bağlı Dövlət Gömrük Komitəsi yanında İctimai Şuranın sədr müavini, “Sabaha İnam” Sosial İnkişaf İctimai Birliyinin sədri, hüquqşünas Vüsal Əliyev Qanunla.az-a açıqlamasında bildirib ki, vətəndaşlar əllərində olan özəlləşdirmə çeklərini qorumalıdır: “İyulun 27-də dövlət başçısı İlham Əliyev “İnvestisiya fəaliyyəti haqqında” qanunun tətbiqi ilə bağlı fərman imzalayıb. Qanuna əsasən, investisiya fəaliyyəti sahəsində dövlət tənzimlənməsi mülkiyyətin toxunulmazlığı; qanunçuluq; insan və vətəndaş hüquq və azadlıqlarının qorunması və təmin edilməsi; konfidensial məlumatların qorunması kimi prinsiplər əsasında həyata keçiriləcək. Eyni zamanda investisiya fəaliyyəti sahəsində dövlət əmlakının özəlləşdirilməsi, restrukturizasiyası və sağlamlaşdırılması; iqtisadiyyatın prioritet sahələrində investisiya layihələrinin dəstəklənməsi; investisiya fəaliyyətinin həyata keçirilməsi ilə bağlı investorlara göstərilən xidmətlərin rəqəmsallaşdırılması və “bir pəncərə” prinsipi əsasında göstərilməsindən ibarət olacaq. Yeni qanun bir çox vətəndaşlar və ümumilikdə cəmiyyət üçün qaranlıq qalan məsələləri hüquqi baza formasında konkretləşdirir. Artıq bununla bağlı müvafiq qanun qəbul olunub və “İnvestisiya fəaliyyəti haqqında” qanun kifayət qədər geniş, əhatəli məqamları əhatə etməkdədir. Konstitusiyanın 94-cü maddəsi Milli Məclisin qəbul edə biləcəyi və müəyyən etdiyi qaydaların ümumi bəndlərini əhatə edir. Bura 1-ci, 10-cu, 11-ci, 13-cü və 26-cı bəndlər daxildir. Birinci bənd məhz investisiyalarla bağlı insan və vətəndaş hüquqlarından və azadlıqlarından istifadəni, bu hüquqların dövlət təminatını özündə əks etdirir. 11-ci bənd isə mülki hüquqi obyektlərlə bağlıdır. 13-cü bənddə mülkiyyət hüququ, o cümlədən dövlət xüsusi və bələdiyyə mülkiyyət hüquqi rejimi, əqli mülkiyyət hüququ və digər əşya hüquqları öhdəlik hüququ kimi əsas götürülür. Bu məsələnin özəlləşdirmə çekləri ilə bağlı tərəfinə gəlincə, bu qanunun qəbulu çeklərlə bağlı vəziyyətə müsbət təsir göstərməkdədir. Əminəm ki, özəlləşdirmə çekləri ilə bağlı müsbət nəticələr əldə olunacaq. Bu müsbət təsir ondan ibarətdir ki, “İnvestisiya fəaliyyəti haqqında” qanunun 8-ci maddəsində investisiya fəaliyyətinin həyata keçirilməsi forması öz əksini tapıb. Bu maddənin 8.1.2-ci bəndində hüquqi şəxslərin iştirak payları, yəni özəlləşdirmə çeklərinin əldə olunması məsələsi qeyd olunub. Xarici hüquqi şəxsin Azərbaycan Respublikası filial və nümayəndəliyinin təşkili, fərdi sahibkarlıq, investisiya fəaliyyətinin həyata keçirilməsinə dair müqavilələrin bağlanması, əmlak və o cümlədən, əmlak hüquqlarının, pul dəyəri olan digər hüquqların əldə olunması kimi çox önəmli faktlar öz əksini tapıb. Sözügedən maddə və bəndlər özəlləşdirmə çeklərinin tədavülə buraxılmasına və investisiya fəaliyyətinə müsbət təsir edəcək əsas amillərdəndəndir. Ona görə də hesab edirəm ki, vətəndaşlar əllərində olan özəlləşdirmə çeklərini mütləq şəkildə saxlamalıdırlar. Xüsusən də sahibkarlıq fəaliyyəti ilə məşğul olan istər hüquqi, istərsə də fiziki şəxs kateqoriyasında olan insanlar əllərində olan çekləri qorumalıdırlar. Çünki qanunun dövriyyəsi onu deməyə əsas verir ki, həmin özəlləşdirmə çekləri sərmayə fəaliyyəti üçün kifayət qədər yetərli olacaq. Özəlləşdirmə çeklərinin yenidən tədavülə buraxılması və ya vətəndaşlara kompensasiya ödənməsi fonunda hüquqlarının bərpası sadəcə məhkəmə yolu ilə olmamalıdır. Qəbul olunan yeni qanun bunun üçün bir nümunədir.

Özəlləşdirmə çekləri olan vətəndaşlara tövsiyyəm budur ki, onlar əllərində olan çekləri hər bir halda saxlasınlar. Özəlləşdirmə çekləri kifayət qədər hüquqi bazaya malik olan qiymətli kağızdır. Ona görə də də bu çeklər qorunmalıdır. Özəlləşdirmə çeklərini bu və ya digər şəkildə qara bazarda satmaq üçün təkliflər oluna bilər. Bir hüquqşünas kimi məsləhət görərdim ki, vətəndaşlar həmin təkliflə razılaşmasınlar. Vətəndaşlar gələcəkdə özəlləşdirmə çeklərindən kifayət qədər müsbət formada istifadə edə bilərlər”.