Vətənpərvər və şair ruhlu -Nizamettin Kutlu

0
30

Türk dünyasının sinəsində vətənə məhəbbət, sevgi gəzdirən, milli ruhda köklənən və eyni zamanda, irqindən, milli kimliyindən, dini mənsubiyyətindən asılı olmayaraq uca Allahın yaratdığı bütün bəndələrini sevən on milyonlarla insanı vardır. Onlardan biri də bir vaxtlar gündoğandan günbatana kimi hər yeri özünə ana vətən edən, ayaq basdıqları torpaqlarda, çoxsaylı ölkələrdə insanlara haqq və ədalət gətirən qəhrəman əcdadlarının ruhunu canında, qanında yaşadan vərtənsevər Anadolu türkü, əslən şanlı bir tarixə malik Bayburt adlı qədim dədə-baba torpaqlarımızda anadan olan Nizamettin Kutludur. Nizamettin Kutlu olduqca həssas, qayğıkeş, vətənsevər və eyni zamanda şair ruhlu bir insandır. Bursa üniversitesi iktisadi ve idari bilimler fakültəsinin məzunu olan və bir müddət müxtəlif vəzifələrdə, o cümlədən İstanbul Vergi Dairesi Başkanlığında Vergi Müfettişi başkanı kimi çalışan Nizamettin bəy özünü bacarıqlı, çalışqan bir əməkdaş kimi gösərərək hamının sevgi və məhəbbətini qazana bilib. Nizamettin bəy həm də hazırda maliyyə müşaviri vəzifəsində çalışır. Eyni zamanda ədəbiyyata, şeir dünyasına olan həvəsi Nizamettin bəyin mətbuatda da çalışmasına səbəb oldu. “Bayrampasagundem.com” və “Haber 69″dərgisində köşə yazarı kimi çalışan Nizamettin bəyin yazılarında vətənpərvərlik, vətənə sevgi, məhəbbət ruhu olduqca güclüdür. Nizamettin Kutlunun bütün yazılarında Türkiyənin və Türk dünyasının maraqları, problemləri geniş şəkildə işıqlandırılır. Nizamettin bəy həm də bir Azərbaycan sevdalısıdır və ölkəmizi çox sevir. Qarabağımızın erməni işğalçılarından azad olunmasına ən çox sevinən qardaşlarımızdan biridir. Nizamettin bəy II Qarabağ savaşında Nizamettin bəy Azərbaycanımızla bağlı yazdığı yazılarla bizə ruhən və mənən dəstək verdi, hər qələbəmizə sevindi. Günümüzdə Qazaxıstanda baş verən son olaylardan üzülən Nizamettin bəy qardaş qazax xalqının yenidən toparlanacağına və istiqlalını, ərazi bütövlüyünü qoruya biləcəyinə inanır və buna əmindir.Qeyd etdiyimiz kimi Nizamettin bəy şair ruhlu insandır və gözəl şeirlər yazır. Əslində bu da təsadüfi deyil. Belə ki, Bayburtlular anadan şair ruhlu doğulurlar. İllər öncə Bayburtda olarkən söhbətləşdiyim bütün insanların şair olduğunu hiss etdim və onlar şeirə məhəbbətlərinə görə biz Azərbaycan türklərinə çox bənzəyirlər. Nizamettin Kutlunun yazdığı şeirləri “Gönül dünyamız” adlı kitabında toplanıb. Bu kitab oxucular tərəfindən böyük rəğbətlə qarşılanıb və onun şeirləri el arasında çox sevilir. Nizamettin bəyin şeirlərinin sevilməsinin bir səbəbi də onların klassik, yəni xalq dilində-Yunis Emrə ruhunda yazılmasıdır. Nizamettin bəyin hər şeirində Yunus Emrə, klassik türk şairlərinin ruhu yaşayır. Biz də bu yolda Nizamettin bəyə yeni ədəbi-bədii uğurlar arzulayırıq. Fürsətdən istifadə edərək Nizamettin bəyin bir şeirini Azərbaycan şeirsevənlərə təqdim edirik:

Özledik...

Huzuru özledik,tadı özledik

Komşuluk hakkını,yadı özledik

Selamı sabahı, unutur olduk

Mangal a koyulan,közü özledik

 

Dünya ya pek daldık,bitmeyecek mi

En sevdiklerimiz,gitmeyecek mi

Sen kazandın onlar,yemiyecek mi

Albümlerde kalan,yüzü özledik…

 

Ömürler pek kıssa,zannetme uzun

Azığın bol olsun,geliyor güzün

Baharın bitecek,yaşansa hüzün

Titretsede bizi,kışı özledik…

 

Aldanmamak lâzım, sahte yüzlere

Riyakârlık kokan,cazip sözlere

Samimi dost gerek,şimdi bizlere

Sevgiyi paylaşan,özü özledik…

 

Sobanın başında,hep toplanırdık

Muhabbet bol idi,zevke varırdık

Radyo hiç susmazdı,keyif alırdık

Şimdi teller kırık,sazı özledik…

 

Birçok şey kazandık, çok şey kaybettik

Sulu yemek bitti,tadı kaybettik

İsimler yabancı,dili kaybettik

Kendi vatanımda,sözü özledik…

 

Suriyeli afgan,karıştı bize

Gonak zannetmiştik,kalmazdı güze

Kafalar karışık,kim verdi vize

Bilinmez yoldayız,huzur özledik…

 

Zor bir coğrafyanın, sakinleriyiz

Tarih bedel dolu,gönül eriyiz

Haç a duvar olduk,selçuk beyiyiz

Bizi biz yapacak,dili özledik…

 

Su uyur derlerdi,düşman uyumaz

Uyuyan toplumlar,çok şeyi duymaz

Tehlike kapıda,bekliyor çalmaz

Gençler aman dikkat,sizi özledik…

 

Yaşam hakkımızı,korumalıyız

Hürriyet havasını,solumalıyız

Mutluyum sözünü,hep duymalıyız

Sevgi pınarından,suyu özledik…

Yazını qələmə aldı: Əziz Mustafa

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here

18 + nine =