Vətəni sevən və xalqına sadiq olan vətəndaşların partiyası

0
1479

Vətəni sevən və xalqına sadiq olan vətəndaşların partiyası

Yeni Azərbaycan Partiyasının yaradılması xalqımızın və dövlətimizin həyatında tarixi bir hadisədir. 1992-ci il noyabrın 21- də respublikanın müxtəlif bölgələrindən 550 nümayəndənin iştirakı ilə yaradılan Yeni Azərbaycan Partiyası bu gün milyonların partiyasına çevrilərək, 760 minə yaxın üzvü sıralarında birləşdirərək Ulu Öndər Heydər Əliyevin ideyalarının həyata keçirilməsində yaxından iştirak edir. Ölkəmizin inkişafına, beynəlxalq nüfuzunun artmasına, ciddi və məqsədyönlü islahatların həyata keçirilməsinə öz töhfələrini vermişdir. Partiyanın fəaliyyəti təkcə ölkə sərhədləri ilə məhdudlaşmır. Beynəlxalq müstəvidə əlaqələrin genişləndirilməsi Yeni Azərbaycan Partiyasının fəaliyyətinin əsas istiqamətlərindən biridir. Özünün xarici əlaqələrini genişləndirməklə əməkdaşlıq imkanlarından maksimum faydalanır və həqiqətlərimizi dünya ictimaiyyətinə çatdırmaq istiqamətində geniş fəaliyyət göstərir.

Bu gün Ümummilli Lider Heydər Əliyevin müəyyənləşdirdiyi siyasi kursa sadiq qalan Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə partiya gələcəyə doğru inamla irəliləyir. Ötən illərdə Azərbaycanın siyasi və iqtisadi müstəqilliyi daha da möhkəmlənmiş, ölkəmizin beynəlxalq mövqeyi güclənmişdir. Bütün bunlar deməyə əsas verir ki, yarandığı gündən bu günədək fəaliyyət göstərdiyi müddətdə Yeni Azərbaycan Partiyası həm də ölkəmizin beynəlxalq imicinin möhkəmləndirilməsində mühüm rol oynamışdır.
Dünənin, bu günün, gələcəyin partiyası olan Yeni Azərbaycan Partiyası müstəqil Azərbaycanın dövlətçilik tarixində yeni bir yüksəliş mərhələsinin əsasını qoydu və bu yolla daha böyük uğurlara, işıqlı sabahlara doğru güclü və möhkəm addımlarla irəliləyir.

Zərdab rayon Dəkkəoba kənd tam orta məktəbin direktor müavini Mayisə Xəlilova

 

 YAP-ın inkişafında yeni tarixi mərhələ  

Yeni Azərbaycan Partiyası Azərbaycan tarixinin son dərəcə ağır və keşməkeşli günlərində, ölkənin ciddi sınaqlara məruz qaldığı bir dövrdə Azərbaycan ziyalılarının təşəbbüsü və fəal iştirakı ilə yaranmışdır. Azərbaycanın taleyini düşünən və düşdüyü ağır vəziyyətdən xilas etmək istəyən insanlar ölkəni böhrandan çıxara biləcək yeni bir partiya yaratmaq təşəbbüsü ilə xalqın müdrik oğlu Ümummilli Lider Heydər Əliyevə üz tutdular. Azərbaycanın ən yeni tarixinə “91-lər”in müraciəti kimi daxil olmuş və 91 nəfər Azərbaycan ziyalısının imzası ilə göndərilən həmin sənəd, əslində, bütün xalqın arzu və istəklərinin ifadəsi idi. Azərbaycanın görkəmli ziyalıları, tanınmış insanları və nüfuzlu şəxsiyyətlərinin imzaladıqları bu müraciətdə Ümummilli Lider Heydər Əliyevdən yeni yaradılacaq siyasi partiyaya rəhbərlik etmək xahiş olunurdu. Beləliklə, Azərbaycanın bütün regionlarından seçilmiş 550 nəfərdən ibarət nümayəndənin təmsil olunduğu partiyanın təsis konfransı 1992-ci il noyabrın 21-də Heydər Əliyevin sədrliyi ilə keçirildi. Bu gün Ulu Öndər, Dahi Şəxsiyyət Heydər Əliyevin “Yeni Azərbaycan Partiyası dünənin, bu günün və sabahın partiyasıdır. Yeni Azərbaycan Partiyası 21-ci əsrin partiyasıdır, III minilliyin partiyasıdır!” ifadəsini qürurla və fəxarətlə səsləndiririk. Qısa müddət ərzində ümumxalq partiyasına çevrilmiş Yeni Azərbaycan Partiyası yarandıqdan bu günə qədər çox böyük, şərəfli və uğurlu yol keçmişdir. Partiya məfkurəsinin əsasını təşkil edən müstəqil dövlətçilik, qanunçuluq, azərbaycançılıq, yaradıcı təkamül, vətəndaş həmrəyliyi və sosial ədalət prinsipləri YAP-ın qarşısında duran vəzifələrin həyata keçirilməsinin ideya təminatı olaraq mahiyyətcə Azərbaycanın siyasi gələcəyinin də ideya bazasını şərtləndirmiş olur. Bu gün Ulu Öndər Heydər Əliyevin siyasi xəttini uğurla və ardıcıl davam etdirən dövlət başçısı, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyevin qeyd etdiyi kimi “Yeni Azərbaycan Partiyası Azərbaycanın aparıcı siyasi qüvvəsidir, Cənubi Qafqazın ən böyük partiyasıdır”. Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan xalqı dünyada misli görünməmiş tarixi, siyasi və hərbi zəfərə imza atdı. Azərbaycan Ordusunun şücaəti, rəşadəti, qətiyyəti və peşəkarlığı, xalqımızın birliyi və həmrəyliyi sayəsində 30 ilə yaxın idi işğal altında olan torpaqlarımız azad edildi. Bununla da tarixi ədalət, Azərbaycanın ərazi bütövlüyü və BMT-nin kağız üzərində qalan qətnamələri icra olundu. Bütün dünya Azərbaycanda dövlət-xalq-ordu-iqtidar birliyinin ən əzəmətli və sarsılmaz nümunəsini gördü. Qarabağımızın ürəyi, mədəniyyət beşiyimiz olan Şuşa şəhərinin işğaldan azad edilməsi ilə Ermənistanın kapitulyasiya aktına imza atmağa məcbur edilməsi Azərbaycanın gücünün, qüdrətinin, eləcə də haqqın və ədalətin təntənəsi idi. Bu günlərdə tarixi qələbəmizin birinci ildönümünü böyük sevinc hissi ilə qeyd etdik. Bu xoşbəxtliyimiz və qürurumuz əbədi və davamlı olsun! Bizlərə bu qüruru yaşadan Ümummilli Lider Heydər Əliyev siyasi irsinin varisi və layiqli davamçısı, dövlət başçısı, müzəffər Ali Baş Komandan İlham Əliyevə sonsuz təşəkkür edir, qəhrəman şəhidlərimizə Allahdan rəhmət diləyir, qazilərimizə cansağlığı, xalqımıza xoş, firavan günlər arzu edirik. Bizim artıq güclü dövlətimiz var – müstəqil Azərbaycan dövləti. Bu gün Heydər Əliyev siyasəti davam etdirilir və əlbəttə ki, zənginləşdirilir. Bu gün bütün guşələri nura çevrilən müstəqil Azərbaycanımızı uğurlu inkişafa aparan bu yolda hər bir Azərbaycan vətəndaşı Yeni Azərbaycan Partiyasının Sədri cənab Prezident İlham Əliyevin siyasi kursunu dəstəkləyir və böyük əzmlə dövlətin, xalqın, vətənin mənafeyi naminə səy göstərir.

Zərdab Gənclər evi sosial xidmət müəssisəsinin direktoru Jalə Kərimli

 

Ulu Öndər Heydər Əliyev rəhbərlik etdiyi Yeni Azərbaycan Partiyası qısa müddət ərzində cəmiyyətin aparıcı qüvvəsinə çevrilmişdir

Yeni Azərbaycan Partiyasının yaradılmasından ötən 30 illik zaman məsafəsi dünənimizə baxış fonunda bu günümüzün reallıqlarının təhlili və onların əsasında perspektivlərin müəyyənləşdirilməsi baxımından zəngin bir dövrdür. İllər biri-birini əvəzlədikcə baş verən hadisələrin mahiyyəti daha dərindən dərk olunur və düzgün qiymətləndirmənin aparılması üçün daha geniş imkanlar yaranır.  30 il öncə 21 noyabrda yaradılmış Yeni Azərbaycan Partiyası Ulu Öndər Heydər Əliyevin siyasi irsinin institusional təcəssümüdür. Əslində Yeni Azərbaycan Partiyasının yaranması 1988-ci ildən başlayaraq ölkəmizdə cərəyan edən hadisələrin yekunu və mövcud olan ictimai-siyasi şəraitin məntiqi nəticəsi idi. Sadə dillə desək, partiyanın yaranması zamanın tələbi idi. Yeni Azərbaycan Partiyasının yaranma tarixinə nəzər salsaq, görərik ki, partiya Azərbaycan tarixinin son dərəcə ağır və keşməkeşli günlərində, ölkənin ciddi sınaqlara məruz qaldığı bir dövrdə Azərbaycan ziyalılarının təşəbbüsü və fəal iştirakı ilə yaranmışdır. Azərbaycanın taleyini düşünən insanlar zamanında düzgün qərar qəbul edərək ölkəni böhrandan çıxara biləcək yeni bir partiya yaratmaq təşəbbüsü ilə çıxış etdilər və bu məqsədlə xalqın sınanmış lideri və müdrik oğlu Heydər Əliyevin şəxsiyyəti ətrafında birləşdilər. 91 nəfər Azərbaycan ziyalısının imzası ilə Naxçıvana, Heydər Əliyevə müraciət göndərildi. Azərbaycanın ən yeni tarixinə “91-lər”in müraciəti kimi daxil olmuş həmin sənəd əslində, bütün xalqın arzu və istəklərinin ifadəsi idi, təkidli tələbi idi. Azərbaycanın görkəmli ziyalıları, tanınmış insanları və nüfuzlu şəxsiyyətlərinin imzaladıqları bu müraciətdə Heydər Əliyevdən yeni yaradılacaq siyasi partiyaya rəhbərlik etmək xahiş olunurdu. Ulu Öndərə müraciət edən məşhur “91-lər”in çox cəsarətli addımları nəticəsində dağıdıcı proseslərin qarşısı alındı. Beləliklə, gözlənilən an yetişdi, Azərbaycanın bütün regionlarından seçilmiş nümayəndələrin təmsil olunduğu konfrans 1992-ci il noyabrın 21-də Heydər Əliyevin sədrliyi ilə keçirildi. 550 nəfərdən ibarət təşəbbüs qrupu Naxçıvana gedərək partiyanın təsis konfransını orada keçirməyə nail oldular. Təsis konfransı Yeni Azərbaycan Partiyasının yaradılması haqqında qərar, partiyanın Proqram və Nizamnaməsini qəbul etdi. Konfransda Ümummilli Lider  Heydər Əliyev yekdilliklə partiyanın Sədri seçildi. Habelə, partiyanın Siyasi Şurası, İdarə Heyəti və sədrin müavinləri seçildi. Azərbaycan tarixinə qızıl hərflərlə yazılan, Müstəqil Azərbaycanın tarixində öz üzərinə böyük tarixi missiya götürən Yeni Azərbaycan Partiyası yarandı. Ulu Öndər cəmiyyətimizin aparıcı siyasi qüvvəsi olan Yeni Azərbaycan Partiyasını qısa zamanda inkişaf etdirdi, özünün dediyi kimi “dünənin, bu günün və sabahın partiyası” səviyyəsinə yüksəltdi. Partiya qarışıq dövrdə yaransa da, Partiyanın ilk addımları Azərbaycanda siyasi sabitliyin bərpasına yönəldilmişdir. Təsadüfi deyildir ki, 1993-cü ilin yayında Azərbaycanda vətəndaş müharibəsi başlanan dövrdə cəmiyyətimizin bütün ümidləri yenə də Ümummilli Lider Heydər Əliyevin dühası ilə bağlı idi. Xalqın tələbi ilə hakimiyyətə gələn Ulu Öndər qısa müddət ərzində vəziyyəti sabitləşdirdi və bu, imkan verdi ki, ölkəmiz inkişaf yoluna qədəm qoysun. Qısaca desək
Yeni Azərbaycan Partiyasının yaranması gənc dövlətin tarixində dönüş nöqtəsi oldu.

Zərdab rayon Heydər Əliyev Mərkəzinin əməkdaşı Xanım İmanova

 

Azərbaycanın taleyini düşünən insanlar ölkəni böhrandan çıxara biləcək yeni bir partiya yaratmaq təşəbbüsü ilə çıxış etdilər və bu məqsədlə xalqın sınanmış lideri və peşəkar siyasətçi Heydər Əliyevin şəxsiyyəti ətrafında birləşdilər

Azərbaycanın taleyini düşünən insanlar ölkəni böhrandan çıxara biləcək yeni bir partiya yaratmaq təşəbbüsü ilə çıxış etdilər və bu məqsədlə xalqın sınanmış lideri və peşəkar siyasətçi Heydər Əliyevin şəxsiyyəti ətrafında birləşdilər. Yeni Azərbaycan Partiyası Azərbaycan tarixinin son dərəcə ağır və keşməkeşli günlərində, ölkənin ciddi sınaqlara məruz qaldığı bir dövrdə Azərbaycan ziyalılarının təşəbbüsü və fəal iştirakı ilə yaranmışdır. Yeni Azərbaycan Partiyasının yaradılması müstəqilliyini yenicə bərpa etmiş Azərbaycanda hakimiyyətin milli maraqlara zidd siyasəti nəticəsində ölkədə ictimai-siyasi böhranın, iqtisadi tənəzzülün hökm sürdüyü dövrə təsadüf edir. O zaman müstəqilliyinin itirilməsi təhlükəsi ilə üzləşən Azərbaycanın ümidi müdrik dövlət xadimi, zəngin dövlətçilik təcrübəsinə malik olan, öz fəaliyyətində xalqın ali mənafeyini, dövlətin milli maraqlarını rəhbər tutan görkəmli siyasi xadim Heydər Əliyevə idi. Xalqın istəyini nəzərə alaraq Ulu Öndərə müraciət edən məşhur “91-lər”in cəsarətli addımları nəticəsində dağıdıcı proseslərin qarşısı alındı. Azərbaycanın ən yeni tarixinə “91-lər”in müraciəti kimi daxil olmuş həmin sənəd əslində, bütün xalqın arzu və istəklərinin ifadəsi idi. Azərbaycanın görkəmli ziyalıları, tanınmış insanları və nüfuzlu şəxsiyyətlərinin imzaladıqları bu müraciətdə Heydər Əliyevdən yeni yaradılacaq siyasi partiyaya rəhbərlik etmək xahiş olunurdu. Yeni Azərbaycan Partiyasının təsis konfransı 21 noyabr 1992-ci il tarixində Naxçıvanda ölkəmizin bütün regionlarını təmsil edən və 550 nəfərdən ibarət olan təşəbbüs qrupunun iştirakı ilə keçirilmişdir. Təsis konfransı Yeni Azərbaycan Partiyasının yaradılması haqqında qərar, partiyanın Proqram və Nizamnaməsini qəbul etdi. Konfransda Heydər Əliyev yekdilliklə partiyanın Sədri seçildi.
Ulu Öndərin hakimiyyətə qayıdışı ilə ölkədə vətəndaş müharibəsi təhlükəsinin qarşısı alındı. Daxili və xarici bədxahların Azərbaycanı parçalamaq, dövlətçiliyimizi məhv etmək istiqamətindəki bütün cəhdlərinin qarşısı alındı. Ümummilli Lider Heydər Əliyev öz qayıdışı ilə Azərbaycana sülh, sabitlik, dirçəliş və fasiləsiz inkişaf gətirdi. Artıq cəmiyyətin hər bir üzvündə dövlətimizin yenilməzliyi ilə bağlı böyük əminlik yarandı.
Ulu Öndər cəmiyyətimizin aparıcı siyasi qüvvəsi olan Yeni Azərbaycan Partiyasını qısa zamanda inkişaf etdirdi, özünün dediyi kimi “dünənin, bu günün və sabahın partiyası” səviyyəsinə yüksəltdi.

5 mart 2021-ci il tarixində keçirilmiş YAP-ın VII qurultayında qəbul edilmiş qərar əsasında Yeni Azərbaycan Partiyasının yeni Nizamnaməsi, 40 nəfər tərkibdə İdarə Heyəti, 13 nəfərdən ibarət Təftiş Komissiyası və yeni qurum olaraq YAP-ın Veteranlar Şurasının 35 nəfərlik tərkibi təsdiq edilmişdir. Bu üzvlərin böyük hissəsi gənclərdir ki, onlar da Azərbaycanın tarixi Zəfərinin qazanılmasında müstəsna rol oynadılar. Prezident seçkilərindən sonra ərazi bütövlüyümüzün bərpası birinci dərəcəli vəzifə kimi qarşıya məqsəd qoyuldu və bu vəzifə uğurla icra olundu. Prezident seçkilərindən sonra ölkə başçısının bəyan etdiyi proqram ardıcıllıqla icra edilir. Verdiyi vədlərə sadiq qalmış Azərbaycan iqtidarı bütün islahatları ardıclıqla icra edir. Azərbaycanın etibarlı gələcəyi naminə bizim hamımızın bir yolu, bir məqsədi, bir amalı olmalıdır. Bu yol Ulu Öndər Heydər Əliyev yoludur. Bu yol Müzəffər Ali Baş Komandan, möhtərəm Prezident İlham Əliyevin böyük Zəfər yoludur. Məqsədimiz isə güclü dövlətə, güclü orduya, güclü xalqa sahib olmaqdır.

Zərdab rayon Heydər Əliyev Mərkəzinin əməkdaşı Nicat Əhmədzadə

 

 VII qurultayda qəbul olunmuş qərarlar hakim partiyanın “iqtidar-xalq” modelinin real işə düşdüyünü, milli həmrəyliyin yeni inkişaf mərhələsinin başlandığını nümayiş etdirdi

Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə son illər bütün sahələri əhatə edən genişmiqyaslı islahatlara start verilib. Yeni Azərbaycan Partiyası da bu prosesdən kənarda qalmayıb. Bu baxımdan, partiyanın bir il əvvəl – 5 mart 2021-ci il tarixdə keçirilmiş VII qurultayında qəbul edilmiş qərarlar və ondan sonra həyata keçirilən tədbirlər diqqəti cəlb edir. Bu strateji kurs müasir çağırışlara, milli maraqlara və ictimai-siyasi münasibətlərin mahiyyətinə, xarakterinə tam adekvatdır. Azərbaycan Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən islahatlar kompleks xarakter daşıyır, ardıcıl və məqsədyönlüdür. Dövlət başçısının islahatlar kursu Azərbaycanın bugünkü inkişafını təmin, gələcək strateji hədəflərinin gerçəkləşməsini isə mümkün edən faktorlardandır. Dövlət başçısının siyasətinin proqressiv nəticələri özünü bütün sahələrin inkişafına nail olunmasında göstərir. Sistemli və çoxşaxəli səciyyə daşıyan institusional, kadr və struktur islahatları idarəetmənin səmərəliliyi və çevikliyinin artmasını təmin etməklə yanaşı, vətəndaş məmnunluğuna, xalq-iqtidar birliyinin, milli həmrəyliyin güclənməsinə xidmət göstərir.

Cənab Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində möhtəşəm qələbənin qazanılmasından, ölkəmizin ərazi bütövlüyünün və tarixi ədalətin bərpasından sonra Azərbaycanın qarşısında yeni çağırışlar meydana çıxıb. Yeni dövrün reallıqlarına uyğun olaraq siyasi inkişafa xidmət edən islahatların aparılması, sosial-iqtisadi yüksəlişin davamlılığının təmin olunması, milli birliyin, Azərbaycanın beynəlxalq arenada və qlobal informasiya müstəvisində mövqeyinin daha da gücləndirilməsi, Böyük Qayıdışın – layiqli və dayanıqlı məskunlaşmanın həyata keçirilməsi, tarixi Qələbənin nəticələrinin möhkəmləndirilməsi və digər milli məqsədlər strateji prioritetlər kimi müəyyənləşdirilib. Ümumiyyətlə, tarixi Zəfərdən sonra istər ölkədə, istərsə də beynəlxalq müstəvidə yaranmış yeni reallıqlar fonunda keçirilmiş YAP-ın VII qurultayı partiyanın və ölkəmizin inkişafında yeni mərhələnin əsasını qoyub. Qurultayda qəbul edilən qərarlar partiyanın inkişafı və müasir çağırışlara cavab verməsi – ictimai-siyasi öhdəlikləri layiqincə yerinə yetirməsi üçün olduqca əhəmiyyətlidir. Partiyanın yeni Nizamnaməsinin təsdiq edilməsi fəaliyyətin yeni yol xəritəsinin müxtəlif istiqamətlərinin müəyyənləşdirilməsi baxımından önəmlidir.

YAP-ın İdarə Heyətinin, Təftiş Komissiyasının, Gənclər Birliyinin yenidən formalaşdırılması, Veteranlar Şurasının təsis edilməsi də partiya idarəetməsində yeni mərhələnin başlanmasıdır.

Partiyanın Sədri, dövlət başçısı cənab İlham Əliyev tərəfindən qarşıya qoyulmuş, eləcə də yuxarıda bəhs olunan strateji prioritetlərdən irəli gələn vəzifələrin ardıcıl və məqsədyönlü şəkildə yerinə yetirilməsi Azərbaycanın yeni dönəmdə davamlı uğurlar əldə etməsinə yeni imkanlar, dayanıqlı, etibarlı və möhkəm zəmin yaradacaqdır.

Zərdab rayon Tarix-Diyarşünaslıq muzeyinin direktoru Şahnaz Mustafayeva

 

YAP öz təşəbbüsləri sayəsində partiyalararası siyasi dialoqu stimullaşdırmalıdır

Bu gün Yeni Azərbaycan Partiyası həm iqtidar partiyası kimi, həm də ölkənin hər bir sahəsində təmsil olunan partiya kimi iqtidar-müxalifət dialoquna öz töhfəsini verməkdədir. Yeni Azərbaycan Partiyası da bu istiqamətdə öz üzərinə düşən vəzifələri layiqincə yerinə yetirir. Yeni Azərbaycan Partiyasının çoxşaxəli fəaliyyəti ölkədaxili ictimai-siyasi münasibətlərdə fəal iştirakla məhdudlaşmır, eyni zamanda, beynəlxalq məzmun, xarakter və əhəmiyyət daşıyır. YAP ölkənin inzibati-coğrafi sərhədlərindən – respublikamızın hüdudlarından kənarda səmərəli əlaqələr formalaşdırmaqla, davam və inkişaf etdirməklə öz missiyasını yerinə yetirir. Şübhəsiz ki, Azərbaycanın və regionun ən güclü siyasi partiyalarından olan YAP-ın beynəlxalq münasibətlərinin yüksələn xətt üzrə inkişaf etməsi, ikitərəfli və çoxtərəfli əməkdaşlığın coğrafiyasının genişlənməsi, keyfiyyətcə zənginləşməsi yeni reallıqların təbliği, ölkəmizə qarşı yönəlmiş dezinformasiya və yalanların ifşası, informasiya müharibəsinə dəstək baxımından olduqca mühüm əhəmiyyətə malikdir.

Yeni Azərbaycan Partiyasının beynəlxalq əlaqələrində dost və qardaş Türkiyənin, MDB üzvü olan ölkələrin, Avropa və Asiyanın aparıcı siyasi partiyaları və qurumları ilə münasibətlər mühüm yer tutur. Bu münasibətlər çərçivəsində partiyalar arasında intensiv təmaslar davam etdirilir, səmərəli, faydalı müzakirələr, fikir və təcrübə mübadilələri aparılır.

XX əsrin sonlarında, istərsə də XXI əsrin əvvəllərində öz müdrik liderləri Ümummilli Lider Heydər Əliyevin və Prezident cənab İlham Əliyevin dövlətçilik ənənələrinə, milli maraqlara və ümumbəşəri dəyərlərə əsaslanan siyasəti nəticəsində Azərbaycanın tərəqqisinin, müstəqilliyimizin rəmzi olan üçrəngli bayrağımızın ən yüksək zirvələrdə qürurla dalğalanmasının, ölkəmizin strateji zirvələr fəth edərək dünya miqyasında söz və nüfuz sahibinə çevrilməsinin sonsuz iftixarını yaşamışdır. Eyni zamanda, Yeni Azərbaycan Partiyasının yaranması və fəaliyyəti müstəsna əhəmiyyətə malik olan və haqlı olaraq müstəqil dövlətçiliyimizin dönüş nöqtələrindən hesab edilən hadisələrdəndir. Bu, çoxəsrlik dövlətçilik tariximizin Ümummilli Lider Heydər Əliyev erasının çox mühüm səhifələrindən biri, yeni Azərbaycanın müstəqil dövlət kimi dinamik inkişaf yoluna qədəm qoymasının başlanğıcıdır. Ümumxalq partiyasına çevrilən Yeni Azərbaycan Partiyası ölkəmizin siyasi, iqtisadi, ictimai və demokratik inkişafı istiqamətində öz üzərinə düşən vəzifələri layiqincə yerinə yetirmiş, çox mühüm tarixi təşəbbüslərə və müvəffəqiyyətlərə imza atmışdır. Ümummilli Lider Heydər Əliyev ideyaları əsasında və Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə çoxsaylı nailiyyətlərə imza atan Yeni Azərbaycan Partiyası yeni mərhələdə – bundan sonra da öz üzərinə düşən vəzifələri layiqincə, şərəflə yerinə yetirməklə milli tərəqqiyə mühüm töhfələr verəcəkdir.

Zərdab rayon Heydər Əliyev Mərkəzinin əməkdaşı Vüsal Rəhimov

 

Partiyanın perspektivliyini təmin edən ideoloji amillər

Yeni Azərbaycan Partiyasının əldə etdiyi nailiyyətlər silsilə xarakter daşıyır və bugünkü uğurların ciddi tarixi və siyasi əsasları mövcuddur. Sirr deyil ki, Yeni Azərbaycan Partiyası Ulu Öndər Heydər Əliyev yolu ilə irəliləyərək çox böyük və şərəfli yol keçib. Yeni Azərbaycan Partiyası xalqın qarşısında duran vəzifələrin yerinə yetirilməsinə özünün layiqli töhfəsini verib və bu siyasət bu gün də uğurla davam etdirilir. YAP öz səmərəli fəaliyyəti ilə Azərbaycanın inkişafına xüsusi töhfələr verir, ölkənin etibarlı gələcəyinin təmin olunmasında müstəsna rol oynayır. Bir sözlə, Ulu Öndər Heydər Əliyevin bildirdiyi kimi, Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır.

Partiyanın proqramında müstəqillik, dövlətçilik, qanunçuluq, azərbaycançılıq, vətənçilik, varislik, yaradıcı təkamül, konstruktiv əməkdaşlıq, vətəndaş həmrəyliyi, sosial ədalət kimi ideoloji prinsiplər müəyyən edildi. Proqramda hüquqi, demokratik, dünyəvi dövlətin vətəndaş cəmiyyətinin, bazar iqtisadiyyatının inkişafı, milli-mənəvi dəyərlərin qorunması və Azərbaycanın dünya birliyində özünə layiqli yer tutmasına dair məqsədlər öz əksini tapdı.

Ulu Öndər Heydər Əliyevin 1993-cü ildə yenidən hakimiyyətə qayıdışından sonra ölkəmizin inkişaf etməsi və onun dünya birliyində mövqeyinin möhkəmlənməsi YAP-a böyük nüfuz qazandırdı. “Yeni, müstəqil Azərbaycan uğrunda!” çağırışını proqramında irəli sürən YAP məhz Ulu Öndər Heydər Əliyevin apardığı məqsədyönlü siyasətin həyata keçirilməsində yaxından iştirak etməklə dövlət müstəqilliyinin dönməzliyinin təmin edilməsinə böyük töhfələr verdi.

YAP sahib olduğu resurslara, ictimai-siyasi nüfuzuna, özünün fəaliyyət mexanizminin səmərəlilik səviyyəsinə və siyasi sistemdəki avanqard yerinə görə Azərbaycanın siyasi palitrasının ən güclü və nüfuzlu siyasi partiyasıdır. YAP, eyni zamanda, ölkəmizdə siyasi mədəniyyətin və siyasi sistemin formalaşmasına, təkmilləşməsinə birbaşa, fundamental töhfələr verən ümumxalq partiyasıdır. Yeni Azərbaycan Partiyasının yaradılması Azərbaycanda, əslində, siyasi sistemin yaradılması demək idi. Yeni Azərbaycan Partiyasının siyasi mədəniyyəti, siyasi mübarizə qaydalarının təbliği, ümumiyyətlə, siyasətin sivil yollarla aparılması ideyaları da cəmiyyətdə böyük əks-səda yaratdı və cəmiyyət tərəfindən dərhal dəstəkləndi.

Zərdab rayon Heydər Əliyev Mərkəzinin əməkdaşı Aişə Hacızadə.

 

Ulu Öndər Heydər Əliyev rəhbərlik etdiyi Yeni Azərbaycan Partiyası qısa müddət ərzində cəmiyyətin aparıcı qüvvəsinə çevrilmişdir

Hər bir xalqın əsrlər boyu formalaşan dövlətçilik ənənələrinin konkret dövlət modelində gerçəkləşməsi üçün əlverişli siyasi mühit və milli iradə ilə yanaşı, güclü liderin də olması mühüm şərtlərdəndir. Daxilən güclü, vətənpərvər və mətin liderə malik olmayan xalqın real şansdan düzgün yararlanması, milli iradəsini ortaya qoyaraq həqiqi müstəqillik istəyinə qovuşması da mümkün deyil. Hansısa mərhələdə məsuliyyəti öz çiyinlərinə götürən belə fenomen şəxsiyyətlər xalqlarının daim arzusunda olduğu azadlıq, müstəqillik və milli dövlətçilik kimi ali məqsədlərin gerçəkləşməsində müstəsna rol oynayır, bununla da, əbədiyaşarlıq ucalığına qovuşurlar.

Eyni zamanda, tarixi təcrübə sübuta yetirir ki, həlledici məqamlarda ictimai təşkilatlanmaya, xalqın maraqlarını təmsil edən qüvvələrin vahid qurumda bir araya gəlməsinə nail olmadan qarşıda dayanmış ümummilli problemlərin həlli çətin olur. Azərbaycan xalqının XX əsrdə yetişdirdiyi ən böyük şəxsiyyət olan Ulu Öndərimiz Heydər Əliyevin qurucusu olduğu Yeni Azərbaycan Partiyasının yaranması məhz belə bir tarixi zərurətdən irəli gəlirdi. 1991-ci ildə Azərbaycan müstəqilliyini elan etsə də, o dövrdə hakimiyyət sükanı arxasında dayanan siyasilərin səriştəsizliyi ucbatından bu müstəqilliyi həqiqi mənada möhkəmləndirmək, dövlətin dayaqlarını gücləndirmək mümkün olmamışdı. Həmçinin, Ermənistanın Qarabağda apardığı işğal siyasəti, ölkə daxilindəki çəkişmələr cəmi bir il əvvəl qazanılmış müstəqilliyi təhlükə altında qoymuşdu. Belə bir zamanda cəmiyyətin sağlam nəzərləri Naxçıvana dikilmişdi. Azərbaycanın çətin anında Ümummilli Liderimizin ətrafında sıx birləşməyə, Onun dərin zəkasının köməyi ilə xalqı, yenicə müstəqillik qazanmış dövləti bu fəlakətdən xilas etməyə çalışan insanların çevrəsi cəmiyyətin bütün qruplarını əhatə edirdi.

YAP-ın Ümummilli Lider Heydər Əliyev tərəfindən müəyyənləşdirilən və uğurla tətbiq edilən əsas proqram məramı Azərbaycanın dövlət müstəqilliyinin qorunub möhkəmləndirilməsindən, ərazi bütövlüyünün təmin edilməsindən, demokratik, hüquqi, dünyəvi cəmiyyət qurulmasından, əmin-amanlıq, ictimai-siyasi sabitlik, milli həmrəylik, güclü və sosialyönümlü iqtisadiyyat yaratmaqdan ibarət olub. Ümumiyyətlə, tarixi faktlar və reallıqlar göstərir ki, Yeni Azərbaycan Partiyası zəngin və şərəfli inkişaf yoluna malikdir. Ən mühüm amil isə Ulu Öndər Heydər Əliyevin rəhbərliyi Yeni Azərbaycan Partiyasında aparılan gəncləşdirmə siyasəti oldu. Ulu öndər Heydər Əliyevin siyasi varisi olaraq İlham Əliyev Yeni Azərbaycan Partiyasının gələcək fəaliyyətini daha geniş beynəlxalq müstəvilərə daşımaq məqsədini uğurla həyata keçirdi.

Zərdab rayon Heydər Əliyev Mərkəzinin əməkdaşı Alagöz Namazova

 

 Vətəni sevən və xalqına sadiq olan vətəndaşların partiyası

Yeni Azərbaycan Partiyası haqqında danışarkən, ilk növbədə, Ümummilli Liderimiz Heydər Əliyev yada düşür, Ümummilli Liderin Azərbaycan xalqı və dövləti qarşısındakı misilsiz xidmətləri anılır və yüksək qiymətləndirilir.

YAP ölkəmizin davamlı inkişafı üçün böyük işlər görən siyasi partiyadır. Partiya 30 ildir ki, qarşısına qoyduğu məqsədlərə uğurla və qətiyyətə nail olub. Cəmiyyət daim yenilənir, ictimai münasibətlərin inkişaf səviyyəsi yeni çağırışlar və məqsədlər yaratdığı üçün Yeni Azərbaycan Partiyasının da hakim partiya kimi qarşısında yeni tələblər və vəzifələr yaranır. YAP həm cəmiyyətin irəliyə doğru, keyfiyyətcə yeni inkişaf mərhələlərinə daxil olmasını və onun mütərəqqi inkişafını təmin edən aparıcı siyasi qüvvə kimi çıxış edir, həm də yaratdığı yeni çağırışları və reallıqları özü tənzimləyərək, gələcəyə istiqamətlənmiş məqsəd və vəzifələr müəyyənləşdirir. Partiyanın məqsədi Azərbaycanın dövlət müstəqilliyinin möhkəmləndirilməsi və müasir beynəlxalq münasibətlər sistemində layiqli yer tutması, hüquqi, dünyəvi dövlətin qurulması, sabit və sosial yönümlü iqtisadiyyatın yaradılması, irqindən, etnik mənsubiyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, əqidəsindən asılı olmayaraq vətəndaşların hüquq və azadlıqlarının hərtərəfli və etibarlı müdafiəsinin təmin edilməsi, qanunçuluq, ictimai həmrəylik və firavan həyat üzərində qurulmuş vətəndaş cəmiyyətinin formalaşdırılması, insanların müstəqil dövlətçilik ideyası ətrafında birləşdirilməsindən ibarətdir.

Partiyanın nizamnaməsindəki qeyd olunan meyarlara diqqət etdiyimizdə, sözün əsl mənasında, nəyə görə Vətənini sevən və vətəndaşlarına sadiq partiya olaraq adlandırıldığını daha aydın anlamaq olur.

Gəncliyə Dəstək İctimai Birliyin sədri Vəfa Xəlilli

 

Azərbaycanın taleyini düşünən insanlar ölkəni böhrandan çıxara biləcək yeni bir partiya yaratmaq təşəbbüsü ilə çıxış etdilər və bu məqsədlə xalqın sınanmış lideri və peşəkar siyasətçi Heydər Əliyevin şəxsiyyəti ətrafında birləşdilər

Yeni Azərbaycan Partiyası Azərbaycan tarixinin çox ağır və dözülməz günlərində, ölkənin ciddi sınaqlara məruz qaldığı bir dövrdə Azərbaycan ziyalılarının güclərinin birləşdirməsi ilə yaranmışdır.

Ölkəmizdə siyasi qurumların formalaşması 1988-ci ildən başlayıb 1990-cı ilin əvvəllərinə qədər  davam etsə də, yaradılan partiyalar ölkəni düşdüyü ağır böhrandan nəinki qurtara bilmədi, əksinə, hakimiyyətdə baş verən çəkişmələr respublikadakı vəziyyəti daha da ağırlaşdıraraq təhlükəli böhran vəziyyətinə çatdırdılar.

Azərbaycanın gələcəyini düşünən birçox ziyalı vətəndaşları ölkənin süqutunu gətirə biləcək bu böhrandan yaxa qurtarmaq üçün yeni bir partiyanın yaranmasını istəməklə yanaşı, partiyaya başçılıq etmək üçün xalqımızın müdrik oğlu Ulu Öndər Heydər Əliyevə müraciət etmişdirlər. Heydər Əliyev müraciətə müsbət cavab verməsinə baxmayaraq Bakıya gələ bilməsi üçün o zamankı hakimiyyət maneələr törətmişdir. Lakin, buna baxmayaraq Azərbaycanın gələcəyini düşünən və bu partiyanın yaranması arzusunda olan 550 nəfərdən ibarət qrup Naxçıvana gedib partiyanın yaradılış konfransının keçirilməsinə nail olmuşlar. Konfras nəticəsində Ümummilli Lider Heydər Əliyev Partiyanın sədri seçilmiş və bununla da, Azərbaycanımız üçün yeni bir ümid olan Yeni Azərbaycan Partiyası yaradılaraq dövlətimizin sarsılmaz dövrü başlanmışdır. Partiya Naxçıvanda yaradıldıqdan sonra onun yerli təşkilatları formalaşmağa başlamışdır.

Yaradıldığı gündə də olduğu kimi, indi də partiyamızda intellektual insanlar, ziyalılar daha çox üstünlük təşkil edir.

Zərdab şəhər sakini fəal gənc Kəmalə Xəlilli

 

YAP-ın inkişafında yeni tarixi mərhələ

Yeni Azərbaycan Partiyasının 2021-ci il martın 5-də keçirilmiş VII qurultayında Partiyanın tarixində yeni tarixi mərhələ başlamışdır. Partiyanın qarşısına yeni hədəflər və vəzifələr qoyulmuşdur. YAP-ın Sədri, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev qurultaydakı çıxışında bir çox mövzulara toxunmuş, partiyanın yarandığı vaxtdan indiyə kimi müstəqil dövlətçiliyin möhkəmlənməsi, ölkəmizin davamlı inkişafı, milli birliyin və vətəndaşların rahat yaşamasının təmin olunması istiqamətində göstərdiyi fəaliyyətlə bağlı dəyərli fikirlər irəli sürmüşdür.

Yeni Azərbaycan Partiyasının martın 5-də baş vermiş ali toplantısı vacib qərarların qəbul edilməsi ilə yadda qalmış, Partiyanın yeni Nizamnaməsi qəbul olunmuş, 40 nəfərdən ibarət tərkibdə İdarə Heyəti seçilmişdir. Bunlarla yanaşı, 6 siyasi partiyanın YAP-a qoşulmasına dair qərar qəbul edilmişdir.

Prezident cənab İlham Əliyevin təşəbbüsü və rəhbərliyi ilə həyata keçirilən milli həmrəylik siyasəti, həmçinin Vətən müharibəsində qazanılmış Qələbə ölkədə milli birliyi daha da gücləndirib. Prezidentin həyata keçirdiyi mütərəqqi islahatlar isə xalq tərəfindən dərin rəğbətlə qiymətləndirilir. Çünki görülən işlər və Ali Baş Komandan cənab İlham Əliyevin yürütdüyü qətiyyətli, uzaqgörən siyasət həqiqətən də, yeganə düzgün siyasətdir. Bütün bunlar sübut edir ki, YAP möhtəşəm zirvələrə yol açan, dünənin, bu günün və gələcəyin partiyasıdır.

Beləliklə keçirilən qurultay ölkənin siyasi həyatında tamamilə yeni bir strategiyanın əsası qoyuldu.

Zərdab şəhər sakini Ayət Babaşova

 

 Vətəni sevən və xalqına sadiq olan vətəndaşların partiyası

Bu gün  Yeni Azərbaycan Partiyası cəmiyyətin avanqardı, respublikamızın ən nüfuzlu siyasi qüvvəsidir. Bunun əsas səbəbi Yeni Azərbaycan Partiyasının sıralarında əqidəli, məsləkli, insanların birləşməsidir. Ulu Öndər Heydər Əliyevin sözləri ilə desək “Yeni Azərbaycan Partiyası sınaqlarından çıxmış, böyük və şərəfli yol keçmiş və bu gün artıq Azərbaycan cəmiyyətində özünə məxsus yer tutmuş bir partiyadır”. Ulu Öndərin bu  fikri ölkəmizin ictimai-siyasi həyatında aparıcı rol oynayan, illər keçdikcə sıraları istər kəmiyyət, istəsə də keyfiyyət baxımından daha da genişlənən, biri birindən əhəmiyyətli uğurlara imza atan Yeni Azərbaycan Partiyasının dünəninə, bu gününə və gələcəyinə bələdçilik edir. Yeni Azərbaycan Partiyası milli maraqlara xidmət edən çoxşaxəli və səmərəli fəaliyyəti ilə Azərbaycan cəmiyyətinin bütün təbəqələrindən olan insanları öz sıralarında birləşdirib. Azərbaycanın dinamik inkişafına öz layiqli töhfələrini verən Yeni Azərbaycan Partiyasının ümumxalq partiyası olmasını göstərən  ən mühüm amillərdən biri onun öz sıralarında dilindən, dinindən, etnik mənşəyindən asılı olmayaraq, bütün insanları birləşdirməsidir. Bu, partiyamızın yüksək nüfuzunu əks etdirən başlıca göstəricilərdəndir. Əlbəttə, bunun başlıca səbəblərindən biri də birbaşa dövlət başçımız, partiyamızın Sədri  cənab İlham Əliyevin xalq arasındakı böyük nüfuzudur. Çünki partiyamızın Sədrinin şəxsi keyfiyyəti, Onun Ümummilli Lider Heydər Əliyev ideyalarına sonsuz sədaqəti, Azərbaycan dövlətinin siyasi və iqtisadi nüfuzunun artmasına yönələn fəaliyyəti partiyamızın xalq qarşısındakı hörmət və inamını artırır. Bizi sevindirən, fərəhləndirən amil də budur ki, artıq hər bir YAP üzvü bilavasitə Ulu Öndər Heydər Əliyev ideyalarına, bu ideyaların inkişaf etməsinə sədaqətlə xidmət edir. Ulu Öndərimiz Heydər Əliyev tərəfindən qurulan müstəqil Azərbaycanın   çiçəklənməsi  və inkişafına xidmət edən Yeni Azərbaycan Partiyasının müqəddəs missiyası  bu  gün   ölkə  başçısı  cənab İlham  Əliyev  tərəfindən böyük uğurla həyata keçirilir.

Çünki böyük ideyalarla  zəngin olan  YAP Azərbaycan dövlətçiliyinin və  xalqının rifahı,  xoşbəxt gələcəyi naminə çalışan siyasi təşkilatdır.

Zərdab rayon Həsən bəy Zərdabi muzeyinin direktoru Vəfa Bayramova

 

Xalqın istəyini nəzərə alaraq Ulu Öndərə müraciət edən məşhur “91-lər”in cəsarətli addımları nəticəsində dağıdıcı proseslərin qarşısı alındı

Yeni Azərbaycan Partiyası Azərbaycan tarixinin son dərəcə ağır və keşməkeşli günlərində, ölkənin ciddi sınaqlara məruz qaldığı bir dövrdə Azərbaycan ziyalılarının təşəbbüsü və fəal iştirakı ilə yaranmışdır.

Bu gün Yeni Azərbaycan Partiyası da məhz xalqın birliyinin partiyasıdır. Ölkəmizin siyasi həyatında aparıcı rol oynayan Yeni Azərbaycan Partiyasının yaranması və təşəkkül tapması milli tariximizdə görkəmli yer tutan Ulu Öndər Heydər Əliyevin şərəfli adı ilə bağlıdır. Yeni Azərbaycan Partiyasının tarixi Azərbaycanın müstəqillik dövrünün tarixi ilə, demək olar ki, üst-üstə düşür.  Bu mənada, YAP-ın yaranmasını tarixi zərurət və Azərbaycan xalqının taleyi diqtə edirdi.

1992-ci ildə xaos, anarxiya vəziyyətində olan bir ölkəyə xalqı bu çətin vəziyyətdən çıxarmaq bacarığı olan güclü bir liderin ölkə rəhbərliyə gətirilməsi əsas şərt idi. Azərbaycan xalqı bu məsələdə Ulu Öndər Heydər Əliyev fenomeninin üzərində dayandı. Çünki xalq nicat yolunu yalnız Heydər Əliyevin hakimiyyətə tarixi qayıdışında görürdü. Elə həmin vaxtlar 91 nəfər Azərbaycan ziyalısı Naxçıvana, Ulu Öndər Heydər Əliyevə müraciət ünvanlamışdır. Bu müraciət bütövlükdə Azərbaycan xalqının çağırış ifadəsi idi. Həmin müraciətdə Heydər Əliyevin yeni yaradılacaq partiyaya – Yeni Azərbaycan Partiyasına rəhbərlik etməsi xahiş edilirdi.                          Ona görə də 1992-ci ilin noyabrın 21-də YAP-ın təsis konfransının keçirilməsi təsadüfi hadisə deyildi, bu xalqın istəyi ilə yaradılan bir siyasi partiya idi.

YAP öz yaranışı ilə Azərbaycanın ictimai-siyasi fikir, siyasi fəaliyyət və mübarizələr tarixinə yeni bir keyfiyyət halı gətirdi. Azərbaycan xalqı artıq tam əmin oldu ki, hakimiyyət sükanı etibarlı əllərdədir.

YAP Azərbaycan dövlətçiliyinin, onun müstəqilliyinin, bu gününün və sabahının qarantı deməkdir. Ona görə də, bu gün Yeni Azərbaycan Partiyasının keçdiyi yola nəzər salanda, görürük ki, inanılmaz dərəcədəki inkişaf hansı keşməkeşlərdən keçib. Bu, bir daha onu deməyə əsas verir ki, xalq öz seçimində yanılmadı. Xalqın düzgün seçimi yeni və qüdrətli Azərbaycanın yaranması ilə nəticələndi. Ona görə ki, YAP üzərinə düşən missiyanı uğurla həyata keçirdi və həyata keçirməyə davam edəcək.

Zərdab rayon Həsən bəy Zərdabi muzeyinin əməkdaşı Dilarə Hacızadə.