Vətən müharibəsi və şanlı Qələbə

0
1561

Vətən müharibəsi və şanlı Qələbə.

27 sentyabr 2022-ci il. Bu tarix xalqımızın yaddaşından, hərb tariximizdən silinməyəcək. Məhz həmin gün otuz ildən bəri davam edən Ermənistan – Azərbaycan – Dağlıq Qarabağ münaqişəsinin həllində yeni mərhələnin başlanğıcı oldu. Bu bütövlükdə xalqımız üçün qeyrət, şərəf və şan savaşı oldu.

27 sentyabr 2020-ci ildən 10 noyabr 2020-ci ilədək davam edən Vətən müharibəsi şanlı Azərbaycan Ordusunun Tarixi Zəfəri ilə başa catdı və 30 ilə yaxın davam edən işğala həmişəlik son qoyuldu. Azərbaycan Ermənistanın növbəti dəfə başlatdığı hücumun qarşısını aldı və haqq savaşında qalib gəldi. Azərbaycan xalqı tarixi ədaləti bərpa etdi. Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında Silahlı Qüvvələrimizin əsgər və zabitləri, hərbçiləri Vətənimizin ərazi bütövlüyu naminə bir yumruq kimi birləşib, qəhrəmancasına vuruşaraq Azərbaycan ordusunun gücünü, qüdrətini bütün dünyaya bir daha nümayiş etdirdilər. 44 gün davam edən Vətən müharibəsində Azərbaycan Ordusu işğalçı Ermənistanın 30 il ərzində qurduğu silahlı qüvvələrini darmadağın edərək, böyük zəfərə imza atdı. Düşmənin ağ bayraq qaldırmaq və kapitulyasiya etməkdən başqa yolu qalmadı. Döyüşlərdə bütün dünya Azərbaycan xalqının əzmini, döyüş qabliyyətini, öz Prezidentini necə dəstəklədiyini, onun ətrafında necə sıx birləşdiyini göstərdi. Uzun illərdən sonra doğma torpaqlarımızda yenidən üçrəngli şanlı bayrağımız ucaldıldı. Biz bu qələbəni Ali Baş Komandanımız cənab İlham Əliyevin qətiyyəti, siyasi iradəsi, Azərbaycan Ordusunun şücaəti ilə qazandıq.

 

Zərdab rayonu Əlibəyli kənd tam orta məktəbinin direktoru – Əliyeva Kəmalə