Alimlərin proqnozlarına görə, Cənubi Koreya dünyada qadınları orta uzunömürlülük həddi 90 yaşı ötən ilk ölkə olacaq.
Ümumdünya Səhiyyə Təşkilatı və İmperial College London-un alimləri tərəfindən aparılan bu tədqiqatın nəticələri Lancet tibbi jurnalında dərc olunub. Digər inkişaf etmiş ölkələrdə də 2030-cu ildə qadınlar kifayət qədər çox yaşayacaqlar, lakin onlar Cənubi Koreyaya çata bilməyəcəklər.
Tədqiqatın nəticələrinə görə, Yaponiya, Fransa, İspaniya və İsveçrə qadınların orta uzunömürlülük yaş həddi 88 olacaq. 2030-cu ildə isə kişilər Cənubi Koreya, Avstraliya və İsveçrədə daha çox yaşayacaqlar. Alimlərin proqnozuna görə, kişilərdə bu rəqəm 84 yaşı əhatə edəcək. Cənubi Koreyada uzunömürlülüyün artması iqtisadi vəziyyətin yaxşılaşmasıyla bağlıdır.
Bu ölkədə uşaqlar daha yaxşı qidalanır, əhalinin səhiyyə xidmətlərindən və son tibbi texnologiyadan istifadə imkanları yaranıb. Alimlərin sözlərinə görə, Cənubi Koreya və Yaponiyada piylənmənin səviyyəsi aşağıdır və bu ölkələrdə qadınlar çox nadir hallarda siqaret çəkirlər.
ABŞ inkişaf etmiş ölkələrdən geri qalır.
Əvvəllər insanlarda orta uzunömürlülüyün 90 yaşı ötməyəcəyi barədə fikirlər movcud idi. Lakin tibbin inkişafı sayəsində bu artıq mümkündür.
Tədqiqat müəlliflərindən biri, İmperial College London-nun nümayəndəsi Majid Ezzati “Associated press” agentilyi ilə söhbətində zamanla uzunömürlülüyün orta həddinin 110-120-yə çatacağının mümkünlüyünü bildirib.
ABŞ inkişaf etmiş digər ölkələrin sihayısından kənarda qalıb. Tədqiqat müəllifləri ölkədə xroniki xəstəlikdən və zorakılıqdan ölənlərin səviyyəsinin çox yüksək olduğunu qeyd ediblər. Alimlərin fikrincə, Amerikada səhiyyə sistemi kifayət qədər effektif deyil.
35 ölkə arasında təhlil aparan alimlərin sözlərinə görə, uşaq və ana ölümünə görə ən yüksək səviyyə ABŞ-da qeydə alınıb.
Alimlərin gəldiyi nəticəyə görə, 2030-cu ildə ABŞ-da qadınlar üçün orta uzunömürlülük həddi 83, kişilərdə isə 79,5 təşkil edəcək. Hal-hazırda isə bu rəqəm qadınlarda 81,2 kişilərdə isə 76,25 təşkil edir. Alimlərin qənaətinə görə, zamanla ABŞ digər inkişaf etmiş ölkələrdən daha çox geridə qalacaq. Amma bu pensiya yaşını qaldırmaq üçün oyunda ola bilər…