Uyğurlar təhlükədə: “Əgər bu virus düşərgəyə yayılsa, əsir saxlanılan türküstanlıların hamısı öləcək”

0
503

Çində koronavirus təhlükəsi davam edir. İddialara görə, Çin hökuməti sözügedən virusu xüsusi laborotoriyada hazırlayaraq, Şərqi Türküstanda yaşayan uyğur türklərinə qarşı istifadə etmək niyyətində olub, lakin virus laborotoriyadan sızdığı üçün niyyət baş tutmayıb.

Modern.az bu iddialarla bağlı Şərqi Türküstan Milli Məclisinin sədri Seyit Tümtürklə əlaqə saxlayıb. O, saytımıza açıqlmasında koronavirusla bağlı bəzi narahatlıqlarının olduqlarını deyib:

“Bu narahatlıqları sizinlə paylaşmaq istəyirəm. Bu koronavirus Çinin ən böyük  biloloji laborotoriyası olan Hunan əyalətində aşkar olunub. Təxminimiz odur ki, Çin bu  bioloji virusu silah olaraq istifadə etmək üçün test edib. Görünür, bu virusun yayılmasının qarşısını ala bilmədiklərindən də bu virusu yayıblar. İndi Çin dövləti bunu bəhanə edərək Şərqi Türküstana qarşı soyqırım məsələsi kimi istifadə edə bilər”.

Seyit Tümtürkün sözlərinə görə, bu virusun yayılması uyğurlar üçün yaxşı olmayacaq:

“Yanvarın 22-23 tarixlərində təxminən 15 min hunanlının Şərqi Türküstan bölgəsinə qaçdığı barədə məlumatlar yayılıb. Nə dərəcədə  doğru olduğunu bilmirik. Bu virusun müddəti bir həftəlikdir. Ondan sonra xəstəlik ortalığa çıxır. Çünki düşərgələrdə minlərlə türküstanlı yaşayır. Çin dövləti də bunu həmin düşərgələrə yaya bilər. Əgər bu virus düşərgəyə yayılsa, əsir saxlanılan türküstanlıların hamısı öləcək. Çünki qoruyucu bir tədbir də yoxdur”.

Məclis dəri çinlilərin qidalanmasının digər xalqlardan fərqləndiyini də xüsusi qeyd edib:

“Çin xalqı insanın mədəsi qəbul etməyən nə varsa hamısını yeyir. Onların yemək  məsələsində mədəniyyəti, əxlaqı, vicdanı yoxdur. Bunlar hər nə olsa yeyirlər. Çinlilər çox fərqli yeməklə qidalanırlar. İddialardan biri də odur ki, yarasadan bu virus keçib. Bu çinlilər yarasanı necə yeyirlər, anlamıram. Ümumiyyətlə, it, siçan, böcək və sairə nə oldusa yeyirlər”.