Uşaqları girov götürən silahlı erməni öldürüldü

0
573

 

Ermənistan polisi Armavir şəhərində uşaq bağçasında girov saxlanılan uşağı xilas edib.

Teleqraf.com xəbər verir ki, polislər uşağı binadan çıxararaq avtomobilə əyləşdiriblər.

Bundan əvvəl bir neçə atəş səsi eşidilib. Ermənistan Polisi rəisinin birinci müavini Unan Poqosyan jurnalistlərə cinayətkarın zərərsizləşdirildiyini bildirib.

***

Ermənistan Armavir şəhərindəki uşaq bağçasına silahlı hücum edən şəxslə bağlı yeni məlumat yayılıb.

Teleqraf.com xəbər verir ki, həmin şəxs bağça direktorunun keçmiş kürəkəni olduğu bildirilir.

Həmin kişi uzun müddətdir keçmiş həyat yoldaşı ilə görüşməyə cəhd edirmiş. Buna nail ola bilməyən kürəkən bağçaya hücum edərək keçmiş həyat yoldaşı və uşağı ilə görüş tələb edib.

***

Ermənistanda silahlı şəxs uşaq bağçasına hücum edib.

Publika.az xəbər verir ki, bu gün saat 16:20-də bıçaqla silahlanmış naməlum şəxs zorla Armavir şəhərində yerləşən “Manuşak” uşaq bağçasına girib.

Silahlı şəxs bağça işçilərinə hücum edib və uşaqlar da daxil olmaqla binada olan hər kəsi girov götürüb. Daha sonra o, bir uşağı girov saxlamaqla digərlərini buraxıb.

BIR CAVAB BURAXIN