Ukraynalı deputat rusiyalı səfirin qatilini qəhrəman adlandırdı

0
521
 

Ukrayna Ali Radasının fraksiyadan kənar deputatı Vladimir Parasyuk Rusiyanın Ankaradakı səfiri Andrey Karlovun qətlini qəhrəmanlıq hesab edir.

Lenta.ru xəbər verir ki, o, müvafiq bəyanatı Facebook səhifəsində edib.

“İnsan öz həyatı bahasına ideya, həqiqət naminə qəti addımlar ata bilərsə, onu əminliklə QƏHRƏMAN adlandırmaq olar”, – yazan deputat paylaşımına 62 yaşlı diplomatın kürəyinə güllə açan türk polisi Mövlud Mərt Altıntaşın şəklini əlavə edib.

Xatırladaq ki, Andrey Karlov dekabrın 19-da Ankaranın Çankaya bələdiyyəsinin Müasir Sənətlər Mərkəzində təşkil etdiyi rəsm sərgisinin açılış mərasimində qətlə yetirilib. Altıntaş türk hərbçiləri tərəfindən zərərsizləşdirilib.

BIR CAVAB BURAXIN