Ukraynada maskalılar azərbaycanlı iş adamına silahlı hücum edib- 45 min dollarını alıblar

0
578

Ukraynanın Xarkov vilayətinin Moskovski rayonunda Azərbaycan vətəndaşı olan iş adamına silahlı hücum olub.Xarkov Vilayəti Azərbaycanlılar Konqresinin sədri Qurban Abbasov APA-ya bildirib ki, hücuma məruz qalan şəxs 1977-ci il təvəllüdlü, əslən Azərbaycan vətəndaşı, Qusar rayonunda anadan olmuş Bədəl Gülməmmədovdur.
Maskalı və silahlı şəxslər dünən axşam radələrində B. Gülməmmədovun qarşısını kəsərək pul tələb ediblər, rədd cavabı aldıqda isə onu əllərindəki silahın qundağı ilə döyüblər.
B. Gülməmmədova ağır xəsarətlər yetirən maskalılar onun üzərində olan 45 min dolları götürərək hadisə yerindən qaçıblar.
Faktla bağlı zərərçəkənin şikayəti əsasında Xarkov polisində cinayət işi qaldırılıb.

BIR CAVAB BURAXIN