Ukrayna Rusiya ilə sülh danışıqlarının yerini dəyişdirmək istəyir

0
282

Ukraynanın BMT-dəki rəsmi nümayəndəsi Vladimir Yelçenko Rusiya ilə danışıqların Belarusun paytaxtı Minskdən başqa yerə keçirilməsini təklif edib.

Mediainfo.az-ın Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, Yelçenko bunu Belarusun danışıqlarda nümayiş etdirdiyi mövqe ilə izah edib. Onun sözlərinə görə, Belarusun yeritdiyi siyasət onun danışıqlarda kimin tərəfində olduğunu aydın göstərir: “Mən Belarus diplomatiyasına hörmət edirəm. Lakin onu da deməliyəm ki, onlar mütəmadi olaraq bizim istənilən ideyalarımızın, hətta Donbasla bağlı olmayanların belə müzakirəsinin əleyhinə səs verirlər”.

Yelçenkonun sözlərinə görə, belə vəziyyətdən yeganə çıxış yolu danışıqların Minskdən başqa yerə keçirilməsi ola bilər.

 

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here

twelve + sixteen =