Ukrayna Azərbaycanlıları Konqresi 8-9 min soydaşımızı Ukraynadan təhliyə edib

0
263

Ukraynada davam edən müharibə adı çəkilən ölkədə yaşayan soydaşlarımızın təhlükəsiz şəkildə təhliyəsini və digər məsələləri önəmli şəkildə ortaya çıxarıb. Bu baxımdan məşhur işadamı, soydaşımız Oleq Krapivinin rəhbəri olduğu Ukrayna Azərbaycanlıları Konqresinin Ukraynada yaşayan azərbaycanlıların təhliyəsi sahəsində həyata keçirdiyi fəaliyyətini xüsusi qiymətləndirmək lazımdır. Məhz Krapivin geniş tanışlıq və maddi imkanlarından istifadə edərək bu günə kimi yüzlərlə azərbaycanlının təhliyəsini həyata keçirib və hazırda düşmən tərəfindən mühasirəyə alınan Xarkov şəhərində də olduqca çətin, güllə, mərmi yağışları altında yaşayan soydaşlarımızın təhlükəsiz yerə çıxarılmasına əvəzsiz töhfələrini verməkdədirlər. Bəs Rusiya işğalçılarına qarşı ölüm-dirim mübarizəsi aparan Ukraynada hazırda vəziyyət necədir? Bu və digər suallara cavab almaq üçün Ukrayna Azərbaycanlıları Konqresinin sədri Oleq Krapivinin birinci müavini İlham Rəhimova müraciət etdik.

– İlham müəllim, bildiyimiz kimi Rusiyanın Ukraynaya qarşı təcavüzkarlıq və işğalçılıq siyasti nəticəsində dinc sakinlər həlak olmaqda davam edirlər. Bu baxımdan on minlərlə soydaşımızın yaşadığı Ukrayanda hazırda vəziyyət necədir?

– Ukraynada bildiyinizi kimi hazırda müharibə gedir və ölkə vətəndaşları ana vətənlərinin müdafiəsi üçün işğalçılarla ölüm-dirim savaşına başlayıblar. Onlar son nəfəsə kimi düşmənlə müharibəni davam etdirəcəklər. Yeri gəlmişkən onu da deyim ki, düşmənlə müqəddəs vətən savaşında Ukrayna vətəndaşı olan azərbaycanlılar da fəal iştirak edirlər. Müharibə isə yeni dağıntılar gətirməkdədir. Mətbuatdan da bildiyiniz kimi işğalçılar mülki obyektləri, hətta uşaqların yerləşdirildiyi sığınacaqları belə raket-bomba atəşinə tuturlar. Nəticədə onlarla uşaq, yüzlərlə mülki əhali işğalçıların amansızlığının qurbanı olublar. Rus əsgərləri beynəlxalq hüquq normalarına məhəl qoymadan hətta humanitar dəhlizlə çıxmağa icazəsi olan mülki əhalini belə atəşə tutmaqda davam edirlər.. Bir çox şəhərlər düşmənin amansız raket-bomba zərəbələri altında xarabazarlığa çevrilib. Amma bütün bunlarla Ukrayna xalqının iradəsini qırmaq olmaz və düşmən gec-tez məğlub ediləcək.

 Ukraynada fəaliyyət göstərən Ukrayna Azərbaycanlıları Konqresinin soydaşlarımızın təhliyəsi və digər sahələrdə həyata keçirdiyi tədbirlər Azərbaycanda məmnunluqla qarşılanır. Bu baxımdan fəaliyyətinizlə bağlı nə deyə bilərdiniz?

-Ukrayna Azərbaycanlıları Konqresi hörmətli sədrimiz Oleq Krapivinin sədrliyi altında müharibənin ilk günlərindən döyüş gedən ərazilərdə və digər yerlərdə yaşayan azərbaycanlıların təmənnasız təhliyəsinə kömək etməyə başladı, eyni zamanda onlara ərzaq və digər zəruri mallarla yardım elədi və hazırda da bunu davam etdiririk. Bu günə kimi 8-9 min soydaşımızın Ukraynadan təhliyəsini həyata keçirmişik. Eyni zamanda ofisimiz hər gün 600-700 nəfər yerli əhaliyə pulsuz çörək yardımı göstərməkdədir. Ofisimiz gecə-gündüz yerli əhaliyə ərzaq və digər gündəlik tələbat malları ilə yardim edir. Biz 24 saat ərzində işləyirik.

– Hazırda mühasirədə olan Xarkov şəhərində yaşayan azərbaycanlılar və onların təhliyəsi ilə bağlı vəziyyət nə yerdədir?

-Xarkov bildiyiniz kimi qəhrəmancasına mübarizəsini davam etdirir. Şəhər düşmən tərəfindən demək olar dağıdılıb. Xarkovda yaşayan azərbaycanlıların təhliyəsi Oleq Krapivinin səyləri, maddi imkanları və xüsusi tanışlığı nəticəsində həyata keçirilib. Bu günə kimi 600 nəfərə yaxın soydaşımızın təhliyəsini reallaşdırmışıq. Oleq Krapivinin səyləri nəticəsində Azərbaycanın Xarkovda yaşayan milli qəhrəmanının da ailəsi təhliyə edilərək Moldova ilə sərhədə göndərilib.

-Azərbaycanın Ukraynadakı səfirliyinin fəaliiyəti ilə bağlı çoxsaylı narazılıqlar eşidilir. Bununla bağlı nə deyə bilərdiniz?

-Biz Ukraynadakı səfirliyimizin hazırda nə işlə məşğul olduğunu bilmirik, Onların fəaliyyətinin Lvova köçürüldüyüni eşitmişik və Kiyevdə diplomatlarımızdan kimlərinsə qalıb-qalmadığından da xəbərimiz yoxdur. Sadəcə olaraq Oleq Krapivinin rəhbərliyi altında diaspor fəaliyyəitimizi davam etdirir və soydaşlarımıza təhliyə və digər məsələlərdə yardımlar göstərməkdə davam edirik.

Oxuməni.az

BIR CAVAB BURAXIN