Hərbi vəziyyət elan edilməsindən sonra 900 nəfər Rusiya vətəndaşı Ukraynaya buraxılmayıb.
Arazinfo.com-un Ukrayna mətbuatına istinadən verdiyi xəbərə görə, bu barədə Ukrayna Dövlət Sərhəd Xidmətinin rəsmisi Andrey Demçenko deyib. Buna paralel olaraq 250 nəfər Ukrayna vətəndaşına da Rusiyaya getməyə icazə verilməyib. Təkcə bir gün ərzində 38 nəfər Rusiya vətəndaşı sərhəddən geriyə Rusiyaya göndərilib. Xatırladaq ki, Ukrayna prezidenti Pyotr Poroşenko ötən ayın sonlarında 16-60 yaşarası və əsasən kişi cinsindən olan Rusiya vətəndaşlarının ölkəyə girişinə qadaöa qoyub. Buna səbəb Moskvanın Ukraynaya göndərdiyi xüsusi təyinatlı qüvvələrdə təlim keçən rusların yardımı ilə ölkədə özünümdafiə dəstələri yaradaraq Poroçenko rejimini devirmək və bu yolla Ukraynanın müstəqilliyinə son qoymaq cəhdləridir.