Ukrayna 24 dənizçisini 300 nəfərə dəyişmək istəyir

0
304

Ukrayna Rusiya tərəfindən həbs edilən 24 nəfər dənizçisini dəyişmək üçün Rusiyaya 300 nəfər təklif edib.

Arazinfo.com-un TASS-a istinadən verdiyi xəbərə görə, bu barədə Odessada keçirdiyi brifinqdə Ukraynanın Baş prokuroru Yuri Lutsenko deyib. Onun sözlərinə görə, dənizçiləri dəyişdirmək üçün onlarda kifayət qədər adam  var: ” Ukraynada hazırda dövlət əleyhinə çıxışlara görə həbs edilən 300 nəfərdən artıq adam mövcuddur. Biz onları həbs edilən 24 dənizçimizlə dəyişməyə hazırıq”.